Dahi rus filosof ruslar haqqında

Dahi rus filosof ruslar haqqında
3 oktyabr 2013
# 14:30

Kulis.az görkəmli rus filosofu Nikolay Aleksandroviç Berdyayevin 1937-ci ildə işıq üzü görmüş “Rus kommunizminin qaynaqları və mənası” kitabından parçaları təqdim edir. Əsərdən parçalar “Yunost” jurnalının 1989-cu ildə çap olunmuş 11-ci nömrəsində işıq üzü görüb. 1990-cı ildə “Xəzər” jurnalı o parçaları tərcümə edib.

Rus ruhunun mənzərəsi

Rus kommunizmini onun ikili xarakterinə görə anlamaq çətindir . Bir tərəfdən o cahanşümul və beynəlmiləl hadisə, digər tərəfdənsə, milli və rusa xas olan hadisədir. Rus kommunizminin milli kökünü, rus tarixi ilə onun determinliyini anlamaq Qərb adamları üçün xüsusilə vacibdir. Marksizm fənni buna kömək edə bilməz.

Rus xalqı öz ruhi qurumuna görə Şərq xalqıdır. Rusiya – xristian Şərqidir, iki yüz il ərzində Qərbin güclü təsiri altına düşmüş və özünün mədəniyyətinin üst qatında bütün Qərb ideyalarını assimilyasiya etmişdir. Rus xalqının tarixi taleyi bədbəxt və əzablı olmuş, o faciəvi sürətlə, sivilizasiya tipinin fasiləliyi və eyniləşdirilməsi vasitəsilə inkişaf etmişdi .

Slavyanpərəstlərin rəyinin əksinə olaraq, rus tarixində üzvi vəhdət tapmaq mümkün deyildir. Rus xalqını çox böyük ərazidə ələ keçirmək müyəssər oldu; Şərqdən tatar yürüşlərindən – hansı ki, ondan Qərbi də qoruyurdu – çox böyük təhlükə vardı, habelə Qərbin özü tərəfindən olan təhlükə də böyük idi. Tarixdə biz beş müxtəlif Rusiya görürük: Kiyev Rusiyası, tatar dövrü Rusiyası, Moskva Rusiyası, imperiyaçı Pyotr Rusiyası və nəhayət yeni sovet Rusiyası. Rusiyanın gənc mədəniyyət ölkəsi, son vaxtacan yarı barbar ölkə olduğunu söyləmək doğru olmazdı. Kiyev Rusiyasında o vaxt Qərbdə olduğundan daha yüksək mədəniyyət yaranmışdı: artıq XIV əsrdə Rusiyada klassik – bitkin ikona çəkmək və vəhdətə layiq memarlıq vardı. Moskva Rusiyasına bütöv üslubla vəhdətlə olan yüksək plastik mədəniyyətin, məişətin olduqca təkmilləşdirilməsi xasdı. Bu, Şərq mədəniyyəti idi, xristianlaşdırılmış tatar hökmranlığının mədəniyyəti idi. Moskva mədəniyyəti latın Qərbi ilə və yadelli adətlərlə daimi ziddiyyətlərdə yaranmışdı. Lakin Moskva çarlığı demək olar ki, fərasətsiz və itaətkar idi, lakin o, xeyli dərəcədə qanuniləşdirilmiş kor təbiilik, Pyotr Rusiyasının məhrum olduğu ifadəli plastik üslub əldə etmişdi. Fikri və sözü oyadan Rusiya, düşünən, böyük, ədəbiyyat yaradan, sosial həqiqət axtaran Rusiya parçalanmış və üslubsuzlaşmışdı, üzvi vəhdətə malik deyildi .

Rus qəlbinin ziddiyəti rus tarixi taleyinin mürəkkəbliyi ilə, onda Şərq və Qərb elementlərinin qarşılaşması və mübarizəsi ilə müəyyən edilmişdi. Rus xalqının ruhu pravoslav kilsə tərəfindən formalaşmış, təmiz dini formasiya almışdı. Həm də bu dini formasiya bizim vaxtacan, rus nihilist və kommunistlərinə qədər qorunub saxlanmışdır. Amma rus xalqının ruhunda intəhasız rus torpağı ilə sərhədsiz rus düzəngahı ilə bağlı güclü təbiət ünsürü qalmışdır. Ruslarda “ təbiət “, kor təbii güc Qərb adamlarından, xüsusən ən çox latış mədəniyyəti ilə təşəkkül tapanlardan güclü idi. Təbiət – dil ünsürü rus xristianlığına da daxil olmuşdu. Rus insan tipində həmişə iki element üz –üzə gəlir: ibtidai – icma təbiət bütpərəstliyi, rus torpağının kortəbiiliyi, pravoslavlıq və Bizantiyadan alınmış tərki – dünyalıq, axirətə meyl. Rus xalqı üçün həm təbiət dionisizmi, həm xristian tərki – dünyalığı eyni dərəcədə səciyyəvidir. Rus adamının qarşısında intəhasız dərəcədə çətin məsələ dayanmışdı – özünün hüdudsuz torpağını qanuniləşdirmək və təşkil etmək məsələsi. Rus torpağının intəhasızlığı, sərhəd və hüdudunun olmaması rus ruhunun qurumunda ifadə olunmuşdu. Rus ruhunun mənzərəsi rus torpağının mənzərəsinə, habelə hüdudsuzluğuna, yayğınlığına, genişliyə meylinə ənginliyinə müvafiqdir. Qərbdə sıxlıqdı. Hər şey məhduddu, hər şey kateqoriyalar üzrə qanuniləşdirilmiş və bölüşdürülmüşdür, hər şey sivilizasiyanın yaradılmasına və inkişafına - həm torpağın quruluşuna həm ruhun qurumuna əlverişli şərait yaradır. Belə demək olardı ki, rus xalqı özünün intəhasız torpağının, özünün təbiət kortəbiiliyinin qurbanına çevrilmişdir ( ... )

(... ) Rus kommunizminin qaynağını anlamaq və rus inqilabının xarakterini özümüzə aydınlaşdırmaq üçün Rusiyada “ ziyalı adlandırılan özünəməxsus hadisənin necə təsəvvür edildiyini bilmək lazımdır. Qərb adamları rus ziyalısının Qərbdə intellectues adlanan ziyalı ilə eyniləşdirsələr səhv etmiş olardılar. İntellectues – bu intellektual əmək və yaradıcılıq adamları, hər şeydən əvvəl alimlər, yazıçılar, rəssamlar, pedaqoqlar və s.

Rus ziyalıları tamamilə başqa mahiyyət kəsb edir , ona intellektual əməklə məşğul olmayan və ümumiyyətlə, o qədər də intellektual olmayan adamları daxil etmək olardı. Həm də çoxlu rus alim və yazıçıları sözün dəqiq mənasında ziyalılara mənsub olmazdı. Ziyalılar özləri olduqca səbirsiz xüsusi əxlaqı ilə özlərinin vacib dünyagörüşü, özlərinin xasiyyəti və adətləri ilə daha çox rahib ordenini və dini təriqəti xatırladırdı və hətta ziyalını özünəməxsus fiziki görünüşü ilə tanımaq və onu digər sosial qruplardan fərqləndirmək mümkün idi. Ziyalılar bizdə peşəkar və iqtisadi yox, müxtəlif sosial siniflərdən, əvvəlcə daha çox zadəganların mədəni hissəsindən, sonralar keşiş və diakonların övladlarından, kiçik məmurlardan, meşşanlardan və azadlığa çıxandan sonra kəndlilərdən təşkil olunmuş ideoloji qruplaşma idi. Bu, müstəsna ideyalarla və həm də sosial səciyyəli ideyalarla birləşmiş raznoçin ziyalılardı. XIX əsrin ikinci yarısında sadəcə olaraq mədəni adlandırılan təbəqə ziyalı adı almış yeni tipə keçir. Bu tip onun hal - hazırkı nümayəndələrinin xas olduğu səciyyəvi cəhətlərə malikdir. Ziyalılarda tipik rus cəhətləri vardı və ziyalılarda millətsizləşdirmə və rus zəmini ilə hər cür əlaqənin itdiyini görən rəy tamamilə səhv idi. Dostoyevski inqilabçı ziyalının rus xarakterini əla başa düşmüş və onu “ rus torpağının böyük sərgərdanı ” adlandırmışdı; baxmayaraq ki, o inqilabi ideyaları sevmirdi (... )

(... ) Nihilizm səciyyəvi rus hadisəsidir, belə formada hadisə Qərbi Avropaya bəlli deyil. Məhdud mənada 60 – cı illərin azad əqli hərəkatı nihilizm adlandırılır, onun əsas ideoloqu Pisarev hesab olunur. Rus nihilist tipi Turgenev tərəfindən Bazarov obrazında təsvir olunmuşdur. Əslində isə nihilizm pisarevçilikdən daha geniş hadisədir, özlüyündə nihilizm sosial hərəkat olmasa da onu rus sosial hərəkatının zəmnində tanımaq olar. Başqa bir dövrdə yaşasa da, nihilizmin əsasları Lenində də var. Dostoyevski deyir ki, biz hamımız nihilistik. Rus nihilizmi Allahı, ruhu, qəlbi qanun və ali sərvətləri inkar etdi. Lakin buna baxmayaraq, nihilizmi dini fenomen kimi qəbul etmək gərəkdir. O, pravoslav məzhəbinin mənəvi zəmnində yaranmış, pravoslav formasiyası olaraq yalnız ruhda baş qaldırmışdır. Bu, astar üzünə çevrilmiş pravoslav askez, faydasız askezdir. Təmizliyinə və dərinliyinə görə götürülən rus nihilizminin əsasında pravoslav dünyanı inkar təlimi, şərə qapılmış dünya duyğusu, hər cür sərvət və həyat dəbdəbəsinin günahkarlığının etirafı, incəsənətdəki, fikirdəki hər cür yaradıcılıq bolluğu dayanır. Belə pravoslav tərki – dünyalığında nihilizm fərdi səciyyəvi hərəkət idi, lakin həmçinin yaradıcılıq bütövlüyünə və insan fərdiyyətinin həyat bolluğuna qarşı yönəldilmişdi. (... )

İnqilab tale və qəzavü – qədərdir

Marksizm rus ziyalılarının fəlakəti, onun zəifliyinin etirafı idi. Bu, təkcə dünyagörüşünün dəyişməsi deyil, ruhi qurumun da dəyişməsi idi. Rus sosializmi daha az emosional və sentimental, daha çox intellektual, əsaslandırılmış və daha sərt olmuşdu. İlk rus marksistləri xalqçılardan daha çox avropalı, daha çox qərb adamı idilər. Qüvvət əzmi, gücün cilovlanması əzmi və gücün ideologiyası zühur etmişdi. Rəhm dəlili zəifləyir, artıq inqilabi mübarizə tipini müəyyən etmir. Xalqa – proletariata münasibət artıq onun məzlum, bədbəxt vəziyyətindən daha çox, onun qələbə əzminə, onun gələcək gücünə və bəşəriyyətindən daha çox, onun qələbə əzminə, onun gələcək gücünə və bəşəriyyətin xilaskarı olmasına görə müəyyən edilir. Lakin ziyalılarda baş verən bütün ruhi dəyişmələr zamanı əsas iş – sosial həqiqət və ədalət hökmranlığı axtarışları, fədakarlıq, mədəniyyətə vahid münasibət, başlıca məqsədlə - sosializmin həyata keçirilməsi ilə müəyyən edilən həyata bütöv, totalitar münasibət olduğu kimi qalmışdır .

Əvvəlki rus marksizmi mürəkkəb hadisə idi, onda müxtəlif ünsürlər vardı. Bu hal sonralar da aşkarlanmışdır. Əgər rus marksistlərinin bir hissəsi hər şeydən çox az inqilabi dünyagörüşünün bütöv, totalitar xarakterini qiymətləndirir, öz ortodoksiyasını mühafizə edir və ifrat dözülməzliyi ilə fərqlənirdisə, əgər marksizm və leninizm onlar üçün din idisə, başqa bir hissədə müxtəlif sahələrin differensasiyası baş verirdi, inqilabi vəhdət pozulurdu və həyatın təzyiq etdiyi ruh və yaradıcılıq ruhu azadlığa çıxırdı. Dinin, fəlsəfənin, incəsənətin hüququ, əxlaqi həyatın sosial utilitarizmindən qeyri – asılılığı, yəni rus nihilizmi, inqilabi xalqçılar, anarxizm və inqilabi marksizm tərəfindən inkar edilən ruh hüququ etiraf edilirdi . Marksizmdə və sosializmdə dini, həyatın bütün suallarına cavab verən bütöv dünya görüşü görməkdən, əl çəkildiyindən dini axtarışlar üçün, mənəvi yaradıcılıq üçün bir yer azad olundu. Bu, ilk baxışdan nə qədər qəribə olsa da, bizdə məhz marksizmin içindən – həm də ortodoksal olduğundan daha çox tənqidi formada – idealist, sonra isə dini cərəyan meydana çıxdı. İndi din xadimi və ehkamçı ilahiyyat professoru S. Bulqakov habelə bu sətirləri yazan həmin cərəyana mənsubdur.

Müstəsna olaraq, bu dünyada - Yer aləminə yönəldilən dünyagörüşündə böhran yarandı və başqa bir dünya – axirət, mənəvi dünya açıldı. Materializm və pozitivizmin rus ziyalısı üzərində qeyri – adi ağalığının sonu yetişdi. Belə metafizik və dini dönüşün baş tutması uğrunda amansız mübarizə aparılırdı. İdealist cərəyan marksist cəbhədə olduğu kimi köhnə xalqçı və radikal cəbhədə də ədalətlə qarşılandı. Bu dönüş azadlıq mübarizəsinə xəyanət kimi qiymətləndirildi. Marksist cəbhədə bu əvvəlcə ortodoksal – yəni totalitar mübarizə forması və marksizmin digər, materialist olmayan fəlsəfələr ilə əlaqəsinə imkan verən tənqidi cərəyan və marksizmin bir çox tərəflərinin yenidən nəzərdən keçirilməsi kimi qarşılandı. Sonralar hərəkət marksizmin müxtəlif formaları ilə əlaqədən üzülüşdü və mənəvi sərvətlərin idrakda, incəsənətdə əxlaqda və dini həyatda müstəqilliyi uğrunda mübarizəyə çevrildi. Sosializmə ideoloji, etik dəlillər verməyə cəhd göstərdilər. Bu rus nihilizminin, utopizmi, materializm, pozitivizm ənənələrinin aradan götürülməsi idi . Nəhayət, bu hərəkat ona gətirib çıxartdı ki, bütövlüyü, tamlığı inqilabda yox, dində axtarmağa başladılar. XX əsrin başlanğıcında Rusiyada əsl mədəni, dini, fəlsəfi, ədəbi intibah vardı. Elə onda böyük rus ədəbiyyatının, rus dini – fəlsəfi fikrinin ənənələrinə qayıdış başlandı. Çernışevskidən və Plexanovdan Dostoyevskiyə L.Tolstoya, Solovyova üz tutdular. Amma bu mədəni idealist cərəyanlar sosial inqilabi hərəkatla əlaqəni itirməyə başladı, onlar get gedə daha artıq şəkildə geniş sosial bazislərini itirdilər.

Rus xalqının geniş dairəsinə və cəmiyyətə təsir göstərə bilməyən mədəni elita təşəkkül tapdı. Bu, rus ziyalıları tarixinin bol olduğu təfriqə idi. İdealist hərəkatın zəifliyi bunda idi. Və bu, rus inqilabının ideologiyası üçün onun duxoborluğu üçün faciəvi aqibətdi ( ... )

( ... ) Rus inqilabı hər bir böyük inqilab kimi öz prinsiplərinə görə universaldır, o beynəlmiləlçilik rəmzi altında baş vermişdir, lakin o həm də dərin millidir, özünün nəticələrinə görə daha çox dərəcədə milliləşməkdədir. Kommunizm barədə mühakimə yürütməyin çətinliyi onun məhz ikili rus və beynəlxalq xarakter daşıması ilə müəyyən olunur. Kommunizm inqilabı yalnız Rusiyada baş verə bilərdi. Rus kommunizmi Qərbin adamlarına Asiya kommunizmi kimi təqdim olunmalıdır. Və çətin ki, bu cür kommunist inqilabı Qərbi Avropa ölkələrində baş verəydi; əlbəttə, orada hər şey başqa cür olacaq. Rus kommunist inqilabının milliliyinin özü - təmiz rus, beynəlmiləl səciyyəlidir. Mən belə düşünməyə meyl edirəm ki, hətta yəhudilərin rus kommunizmində iştirakı da Rusiya üçün və rus xalqı üçün çox səciyyəvidir. Lenin tipik rus adamı idi. Onun səciyyəvi ifadəli üzündə nəsə rus monqol əlamətləri vardı. Leninin xarakterində tipik rus cizgiləri vardı həm də ziyalıların yox, rus xalqının cizgiləri: sadəlik, bütövlük, kobudluq, mübaliğəyə və ritorikaya nifrət, fikrin təcrübiliyi, əxlaqi əsasda nihilist arsızlığa meyl. O, özünün bəzi cizgilərinə görə L . Tolstoyda dahiyanə şəkildə ifadə olunmuş rus tipinə bənzəsə də Tolstoyun daxili dünyasının mürəkkəbliyini mənimsəməmişdi . Lenin vahid bir parçadan düzəlib, o monolitdir. Leninin rolu tarixi hadisələrdə şəxsiyyətin rolunu əla nümayiş etdirir. Lenin ona görə inqilab rəhbəri oldu və özünün çoxdan hazırlanmış planını həyata keçirə bildi ki, o tipik rus ziyalısı deyildi. Onda rus ziyalı sektantının cizgiləri rus dövlətini qurub yaratmış rus adamlarının cizgiləri ilə qarışmışdı. O, özündə Çernışevski, Neçayev, Tkaçev, Jelyabovun cizgilərini, böyük rus knyazlarının, böyük Pyotrun və müstəbid tipli rus dövlət xadimlərinin əlamətlərini birləşdirmişdi. Onun fizionomiyasının orijinallığı bunda idi. Lenin inqilabçı maksimalist və dövlət adamı idi. O , özündə totalitar inqilabi dünyagörüşünün inqilabi ideyalarının hədsiz maksimalizminin çevikliklə və mübarizə vasitələrindəki praktik siyasətdəki opportunizmlə əlaqələndirmişdi. Yalnız bu cür adamlar ugur qazanır və qalib gəlirlər. O, özündə sadəliyi müstəqilliyi və nihilist tərki – dünyalığı hiyləgərliklə, demək olar ki, məkrlə birləşdirmişdir. Lenində özünün dözə bilmədiyi inqilabi bohemadan heç nə yoxdu . Burada o, Trotski və ya menşeviklərin sol cinahının lideri Martov kimi adamların ziddinədir .

Özünün şəxsi həyatında Lenin qayda - qanunu və intizamı sevirdi yaxşı ailə adamı idi, evdə oturub işləməyi xoşlayırdı, rus radikal ziyalıların etdiyi kimi kafelərdə uzun-uzadı mübahisələri sevmirdi . Onda anarxik heç nə yoxdu , irticaçı xarakterini həmişə ifşa etdiyi anarxizmə dözə bilmirdi. Xalq komissarları şurasının sədri, Sovet Rusiyasının rəhbəri olarkən o, kommunistlər arasında bu cəhəti daim ifşa edirdi. O, kommunist təkəbbürlüyünü və kommunist uydurmasını darmadağın edirdi . Kommunist partiyasında “solluq uşaq xəstəlinə” qarşı mübarizə aparırdı. 1918-ci ildə Rusiyanı xaos və anarxiya təhlükəsi bürüyəndə Lenin öz çıxışlarında rus xalqını və kommunistlərin özlərini intizamlandırmaq üçün qeyri – insani zor işlədir. O , ən adi şeylərə - əməyə, intizama, məsuliyyətə və təlimə təkcə dağıntıya yox, mütərəqqi quruculuğa çağırır, inqilabı ibarəpərdazlığı alt – üst edir, anarxist meylləri ifşa edir, dibsiz uçurum üzərində cadugərlik edir. Və o, Rusiyanın dağılmasının qarşısını aldı, müstəbidlik, tiranlıq yolu ilə aldı. Bax, burada Pyotrla oxşar cəhətləri var .

Lenin qəddar siyasət yeridirdi, lakin o şəxsən zalım adam deyildi. O, Cekanın qəddarlığı haqqında şikayətləri sevmirdi, deyirdi ki, bu, onun işi deyil, bu-inqilabda labüddür. Lakin, söz yox ki, o, Cekanı idarə edə bilməzdi. Şəxsi həyatda onun mülayimliyi çox idi. O, heyvanları sevirdi, zarafatı və gülüşü sevirdi, o öz arvadının anasına şəfqətlə qayğı göstərir, ona tez – tez hədiyyələr bağışlayırdı. Bu cəhətlər Malaparta onu kiçik burjua kimi səciyyələndirməyə imkan vermişdi ki, bu da doğru yol deyildi. Lenin gəncliyində Plexanova səcdə edir, ona demək olar ki, ehtiramla yanaşır və Plexanovla görüşü son dərəcədə həyəcanla gözləyirdi. Plexanovun şəxsində gördüyü izzət – nəfsin, şöhrətpərəstliyin kiçik cizgiləri, yoldaşlarına təkəbbürlü – hərarətli münasibət, ümumiyyətlə, Lenin üçün adamlar arasında naümid olmaq deməkdi. Lakin Leninin dünyaya və həyata inqilabi münasibətinin ilk təkanı terrorçuluq işinə qurşanmış qardaşının qətlə yetirilməsi oldu. Leninin atası general çininə və zadəganlığa qədər yüksəlmiş əyalət məmuru idi. Qardaşı siyasi iş üstündə edam olunanda ətraf ictimaiyyət Leninin ailəsindən üz döndərdi. Bu da gənc Lenində adamlara qarşı ümidsizlik mütəəsirlik doğurdu. Onda adamlara qarşı həyasız - laqeyd münasibət yarandı . O , insanlara inanmırdı, lakin həyatı elə qurmaq istəyirdi ki, insanlara yaşamaq asan olsun, insanın insan tərəfindən istismarına yol verilməsin. Fəlsəfədə, incəsənətdə, mənəvi həyatda Lenin olduqca geridə qalmış və bəsit adamdı, ondan ötən əsrin 60-cı və 70-ci illərinin zövq və meyli vardı. O, sosial inqilabiliyi mənəvi təcavüzkarlıqla birləşdirmişdi.

Hazırladı: Türkan Almuradova

# 4609 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #