Ümidsiz sevgini yaddaşdan silməyin yolu

Ümidsiz sevgini yaddaşdan silməyin yolu
18 sentyabr 2013
# 07:45

Çoxlarımız bəzən yaşadığımız şeyləri unutmaq, onları yaddaşımızdan çıxarıb atmaq istəyirik.

Şübhəsiz ki, hamının bir dəfə də olsun “Kaş ki, olmayaydı” dediyi vaxtlar olub... Bəs bu xatirələri beyindən silə bilərikmi? Bu sual illərdir insanları düşündürüb və yüzlərlə elmi araşdırmalara səbəb olub...

Bu suala ən düzgün cavabı yəqin ki, tibdə tapa bilərik. Ona görə də gəlin beynimizin bir anlıq kənardan görüşünü təsəvvür edək.

Beyin əsas yaddaş və keşdən ibarət olub hər cür informasiyanı qəbul edən və daşıyandır; uyğun olaraq, vacib informasiyalar əsas yaddaşda, lazımsızlarsa, keşdə toplanır. Məsələn, bir telefon nömrəsi 10 dəqiqə ərzində keşdə saxlanıb, sonra itir, yəni bir daha xatırlanmır.

Vacib məlumatlar isə qeyd etdiyimiz kimi ana yaddaşda toplanır. Ən sonuncu aldığımız məlumatlar üstdə, ilk öyrəndiklərimiz altda sıralanır və beləcə, “beyin şkafımız” dolmağa başlayır.

“Travmatik hadisələr sosial yaddaşda toplanır”

Yaşadığımız acı xatirələr əsas yaddaşla birgə sosial yaddaşda da saxlanır. Sol prefrontal hissə psixoloji dünyamızın da mərkəzidir. Acı xatirələr eyni vaxtda sosial yaddaşa da toplandığı üçün psixi ruh halımıza və davranışımıza da təsir edir. Buna görə də, travmatik hadisələr depressiya, həyəcan və ya digər psixoloji pozuntular ortaya çıxır.

Bəzi hadisələrsə əsas yaddaşdan silinsə də, sosial yaddaşda qala bilər. Bu zaman insan keçmişindəki o hadisəni unutsa belə, sosial hafizədə qaldığı üçün ona bəzən həmin psixoloji anları yaşada bilər.


Psixopatlarda sosial hafizə zəifdir


Ruhi pozuntulu (psixopat) insanlarda sosial yaddaş çox zəif olduğu üçün travmalardan psixoloji zərbələr almırlar. Ona görə də qorxusuz və hissiyyatsızdırlar.


Ümidsiz sevgi hafizədən silinə bilərmi?


Məsələyə tibbi cəhətdən yanaşsaq görərik ki, əgər ön frontal tərəfdəki sosial hafizəni silmək mümkün olarsa, travmatik xatirələr artıq acı hisslər yaşatmaz. Hadisə sadəcə bir məlumat kimi yaddaşda qalar və başqa hislər doğurmaz.

Unutmaq üçün psixoloji təsirləri də sınaqdan keçirmək olar; məsələn, hipnoz, meditasiya və s. Ancaq bu təsirlərin nəticələrinin uğurlu olma faizi şübhə altındadır.


“Təmiz düşüncənin əbədi parlaqlığı”

Cim Kerri və Keyt Uinsletin baş rollarını oynadığı “Təmiz düşüncənin əbədi parlaqlığı” filmi tamamilə “bir insanı unutmaq” problemi ətrafında cərəyan edir. Burada tətbiq olunan metoda ən yaxını Transkranial Maqnetik Stimulyasiyadır (TMS). Beynin sol ön hissəsinə edilən bu seans sosial hafizəni silərək insanı psixi rahatladır. Araşdırmaçılar bunun beyinə müdaxilə edilmədən aparıldığını əsaslandıraraq, onu tam zərərsiz hesab edirlər.

# 3720 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #