Özünü bağışladılar, bacısını yox

Özünü bağışladılar, bacısını yox
2 sentyabr 2013
# 11:48

II Dünya Müharibəsində 6 milyon yəhudini öldürən Adolf Hitler sadəcə bir yəhudini bağışlamışdı. O, I Dünya Müharibəsi illərində Hitlerin ordusunda komandirlik edən Ernst Hess idi.

Almaniyanın yerli bir qəzetlərindən biri Gestapo sənədləri içində Reyxsfürer Henrik Himler tərəfindən qələmə alınmış bir sənəd aşkara çıxarır. Gestapoya göndərilən 27 avqust 1940-cı il tarixli sənəddə Himler yəhudi Hessin sərbəst buraxılmasını tələb edirdi.

Hessin 86 yaşlı nəvəsi Ursula Hess də bu hadisəni təsdiqləyib. Onun nəvəsinin deməyinə görə Hitler I Dünya müharibəsi illərində Qərb cəbhəsindəki Flanders bölgəsində komandirlik edən Hessi çox sevirmiş və 1914-1916-cı illərdə iki dəfə yaralanan Ernst Moritz Hess müharibədən sonra ordudan ayrılır.

Müharibədən sonra Hitlerlə Hess iki dəfə 1920 və 1930-cı illərdə görüşürlər. Hess protestant olsa da ana tərəfdən yəhudi idi. Sırf bu səbəbdən nasistlər onu “əsl yəhudi” adlandırmış və hakim vəzifəsindən getməyə məcbur etmişdilər.

1936-cı ildə Hitlerə ərizə göndərərək xilas edilməsi üçün xahiş edən Hess yəhudi olaraq damğalanmasının onun üçün ölümdən betər olduğunu demişdi.

Bu ərizədən sonra Hitler onun qaz kameralarına göndərilməsinə mane olur. Hess bu tarixdən azadlığa çıxdığı vaxta qədər Auşvits həbs düşərgəsində işçi kimi saxlanılır.

Ancaq bu güzəşt Hessin bacısına aid edilməmiş və o qaz kamerasında öldürülmüşdü. 14 sentyabr 1983-cü ildə vəfat edən Ernst Hess həyatının sonuna kimi Almaniyada yaşayıb.

# 3020 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #