“Döyüş klubu”nun rejissoru: “İstəyirəm tamaşaçı filmlərimə baxanda özünü narahat hiss eləsin”

“Döyüş klubu”nun rejissoru: “İstəyirəm tamaşaçı filmlərimə baxanda özünü narahat hiss eləsin”
28 avqust 2013
# 12:17

Amerikalı rejissor Devid Finçer ironik intonasiyaya malik, psixoloji triller janrının ustalarından biridir. O, məşhur “Döyüş klubu”, “Oyun”, “Yeddi”, “Qorxu otağı”, “Sosial şəbəkə” və s. filmlərin müəllifidir.

Onun filmləri neo-nuar üslubundadır və eksperimental, çeşidli təsvir həlli ilə seçilir. Kulis.Az Finçerin maraqli fikirlərini təqdim edir.

“Sosial şəbəkə” filmini çəksəm də facebookda qeydiyyatdan keçməmşəm. Yəqin ki, filmin ayrıca səhifəsi var. Amma mənim sosial şəbəkəyə tələbatım yoxdur. Hamı deyir ki, bu, çox vaxt aparır. Doğrudan da heç bir məcburiyyət olmadan bugünkü 20 yaşlıların özəl həyatının gizlinlərindən imtina etməsi həm dəhşətlidir, həm də asanlaşıb.

Axı, özəl həyat həmişə şəxsi azadlığın mühüm bir hissəsi olub. İnsanlar bunun üçün illərlə mübarizə aparıb.

İndi elə bir nəsil yetişib ki, sadəcə ona bu lazım deyil. Bəlkə də qorxulu nəsə yoxdur, sadəcə sosial normaların dəyişilməsi baş verir. Daha doğrusu, insanların özü haqda hər məlumatı yayması nəticəsində yəqin ki, cəmiyyət abırsızlıq mənasında tamamilə yenidən təşkil olunacaq və bərabər hüquqlu olacaq”.

“Sosial şəbəkələr utopiya özünü həyata çevirir. Bu, effektivdir və daha vacibi, zorakılıq olmadan baş verir. Məsələn, kommunizmdən fərqli olaraq, burda hər şey könüllüdür. Məni o qorxudur ki, sosial şəbəkə adlı utopiyada dünyanın görünüşü sadəlövhdür”.

“Kinonun əyləndirmək üçün lazım olduğuna əmin deyiləm. Mənə yaralayan kino maraqlıdır. “Çənələr”i (Stiven Spilberqin filmi. Filmdə insanlar köpək balıqlarının qurbanı olur-S.S) ona görə sevirəm ki, 1975- ci ildən bəri okeanda çimmirəm”.

“Əminəm ki, bəzi adamlar ona görə kino çəkir ki, restoranda daha yaxşı masa əldə eləsinlər”.

“Birinci sinifdə oxuyanda biz Zodiakdan çox qorxurduq. (1960-c il illərin sonunda Kaliforniyada qətllər törətmiş qatil. Finçerin bu haqda filmi var). Məktəb avtobusunu şerifin maşını müşayiət edirdi. Atama, bizim avtobusu polisin müşayiət etdiyini söylədim. Atam dedi ki, sən bilməlisən ki, Zodiak bir neçə adam öldürüb və məktəb avtobusunun şinlərini güllələyərək bütün uşaqları oldürəcəyi barədə xəbərdarlıq yollayıb. Onda öz-özümə düşündüm: “Axı, sənin maşının var. Sən məni məktəbə apara bilərsən”. Dəhşətə gəldim ki, valideynlərimi həyatım maraqlandırmır”.

“Döyüş klubu” filmindən sonra heç kim mənə “nə istəyirsən, təki söylə” demədi. Növbəti təklifi 3 il gözlədim”.

“35 yaşından sonra həqiqət yox, yalnız yalanın müxtəlif dərəcələri olur”.

“Aktyorları onların istədiyi rolu oynamaq üçün yox, mənə lazım olan rollara dəvət edirəm. Bəzən onlar üçün bununla barışmaq çətindir. Qaydalarım sadədir: gəl və mətni öyrən”.

“İstəyirəm ki, tamaşaçı filmlərimə baxanda özünü narahat hiss eləsin”.

“Bir dəfə sinif yoldaşımla yay kino məktəbinə yazıldım. Ora yüksək hissləri, dünyanı dəyişmək istəyən adamlarla dolu idi. Onlar necə də axmaq və zibil filmlər çəkirdi. Kino məktəblərində çəkə bilməyənlər dərs deyir”.

“Özünü kamilləşdirmə onanizmdir. Buna tamamilə əminəm”.

“Hər epizodu 40-cı dublda çəkirəm. İstədiyimi almayana kimi dayanmıram. Tələb olunursa, 100 dubl da edirəm. Bir qayda olaraq, aktyorlar obraza daxil olur, özlərini psixoloji və fiziki hazırlayır, sonra oynayırlar. Mənə bu lazım deyil. O, yorulmalı və lazımi qəlibə girməlidir. Amma ilk dublda onun birinci səmimi reaksiyası da vacibdi. Hansısa mənada birinci dubl həmişə önəmlidir. Bəzən olur ki, 18-ci dubldan sonra birinci dubl üzərində də dayanıram. Amma bu, nadir hallarda olur”.

“Çəkiliş zamanı dubllar arasında fasilədən zəhləm gedir. Xoşbəxtlikdən rəqəmsal texnologiya imkan verir ki, ümumiyyətlə dayanmayım. Əlbəttə ki, materialın çoxunu zibil yeşiyinə atıram. Amma çəkilənlərdən ən yaxşı hissələri seçirəm”.

“Reklam çarxları çəkəndə dincəlirəm və zövq alıram. Burda sən öz hekayətini yox, hansısa çəkmənin, və ya məhsulun hekayətini çəkirsən. Səndən tələb olunan yeganə şey özünün nəyə qadir olduğunu göstərməkdir. Bu, çoxunun düşündüyü kimi xaltura deyil. Mənə görə, bu, bir qədər oynamaq imkanıdır”.

# 3425 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #