Gənc Tamaşaçılar Teatrında “Buratino” olacaq

Gənc Tamaşaçılar Teatrında “Buratino” olacaq
17 may 2013
# 12:12

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi növbəti premyeraya hazırlaşır. Kulis.az-a verilən xəbərə görə, A.Tolstoyun «Qızıl açar, yaxud Buratinonun macəraları» əsəri əsasında eyiadlı tamaşanın quruluşçu rejissoru İvitsa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliç (Xorvatiya), baletmeysteri Raulya Türkan və geyim üzrə rəssamı isə Aynur Məmmədovadır.

Əsas rolları Gənc Tamaşaçılar Teatrının aktyorları Elşən Çarhanlı (Karabas Barabas), Roza İbadova, Asya Atakişiyeva (Buratino), Seyidşah Məmmədov (Karlo), Gülbəniz Mustafayeva, Günel Məmmədova (Malvina), Səfa Mehdi, Anar Seyfullaev (Pyero), Zümrüd Quliyeva, Fatimə Əliyeva (Artemon), Anar Səfiyev (I Arlekin), Vahid Orucoğlu (II Arlekin), Manaf Dadaşov (Duremar), Zülfiyyə Alhüseynova (Alisa), Elşən Hacıbabayev, Rəşad Səfərov (Bazilio), Vüqar Məmmədəliyev, Ramil Məmmədov (Şuşara), Şəfəq Əliyeva, Almaz Mustafayeva (Tortilla), Natiq Fərzəliyev (Polis rəisi) və başqaları ifa edəcəklər.

Azərbaycan Peşəkar Milli Teatrının 140 və Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunmuş beynəlxalq layihə bu il may ayının 21-də saat 15.00 da və 25-də saat 12.00 da və 14.00 da geniş tamaşaçı auditoriyasına təqdim olunacaqdır.

# 2002 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #