Kann film festivalı başladı

Kann film festivalı başladı
16 may 2013
# 10:58

Bu ilki 66 –cı Kann film festivalı dünən öz pərdələrini avstraliyalı rejissor Baz Lurmanın çəkdiyi və Leanoardo di Kaprionun baş rolda oynadığı “Möhtəşəm Qetsbi” filminin müsabiqədən kənar nümayişi ilə açıb.

Açılışdan əvvəl aktyor Leonardo di Kaprio, jürinin sədri amerikalı rejissor Stiven Spilberq, bu il də münsif olan avstraliyalı aktrisa Nikol Kidman məşhur qırmızı xalça üzərindən keçərək onları alqışlayan mətbuat və pərəstişkarlarını salamlayıb.

Festivalın açılış mərasimini məşhur fransız kinematoqrafı Odri Totu aparıb. Xatırladaq ki, Totu “Ameli” filmi ilə şöhrət qazanıb.

Bu il kino sahəsinin ən böyük mükafatı – “Qızıl palma budağı” uğrunda 20 film yarışacaq.

"Qızıl palma budağı" ugrunda yarışacaq filmlərdən əlavə festivalın proqramında "Un certain regard" (“Xüsusi nümayiş”) və “la Quinzaine des realisateurs" ("İki həftə”) kimi kateqporiyalarda dünyanın hər yerindən gələn filmlərin nümayişi nəzərdə tutulub.

Dünya kino bazarında önəmli rolu olan Hindistan kinosunun yaranmasının 100 iliyi də bu il Kannda qeyd edəcək.

Fransanın dünyaca məşhur aktyoru Alen Delon 66-cı Kann film festivalının “fəxri qonağı”dır. Bildirilib ki, fransız rejissoru Rene Klementin 1960-cı ildə çəkdiyi, Alen Delona dünya şöhrəti gətirən "Parlaq günəş altında" filmi mükafatlandırmadan bir gün əvvəl, mayın 25-də “klassik filmlər” bölməsində təqdim olunacaq. Bu məşhur film yeni texniki bərpa ilə tamaşaçılara göstəriləcək.

Kann festivalında təşkil olunacaq bazarda dünyanın 4 bir yerindən gələn filmlər göstəriləcək. Kino sahəsindən 11 adamın qatıldığı festivalda təxminən 100 ölkədən 4000-ə qədər film təqdim olunacaq və bunların 1500-ü üçün xüsusi nümayiş təşkil olunacaq.

Ölkəmiz ötən il olduğu kimi, bu il də festivalda öz pavilyonu ilə təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən Kulis.az-ın verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslər daxildir.
Azərbaycan pavilyonunda son illərdə lentə alınmış filmlərimiz, kinomuzun tarixini və bu gününü əks etdirən çap və reklam məhsulları nümayiş etdiriləcək. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov xarici prodüserlərlə görüşlər keçirəcək. Ölkəmizin biznes və turizm imkanlarını nümayiş etdirən disklər, reklam və video çarxlar festivalın qonaqlarına və iştirakçılarına təqdim ediləcək.

# 2276 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #