Yadplanetlilərin Hitlerlə əlaqəsi

Yadplanetlilərin Hitlerlə əlaqəsi
29 aprel 2013
# 07:45

III Reyxin qara qutusu - «Anenerbe»

I yazını burdan oxuya bilərsiz.

II yazı

«Kimlərsə əgər nasional-sosializmi ancaq siyasi hərəkat kimi görürlərsə, onlar nasional-sosializm haqqında çox az şey bilirlər»

Adolf Hitler

«Anenerbe» bu günə qədər yaradılan ən gizli və sirli dövlət təşkilatlarından biridir. Müharibənin bitməsindən 68 il ötməsinə baxmayaraq qalib dövlətlər olan Rusiya, İngiltərə və ABŞ hələ də bu təşkilatın arxivlərini açmaq istəmirlər. Bunun səbəbini isə bir mənalı olaraq dövlət sirri olması ilə əlaqələndirilər. Ortaya təbii olaraq sual çıxır. İknci Dünya savaşının əsas baiskarı olan nasizmin sirlərini Rusiya, İngiltərə və ABŞ niyə görə qoruyurlar?

«Anenerbe» təşkilatının apardığı təcrübələr doğurdan o dönəmin ən məxvi və ən ağlasığmaz təcrübələrdi. «Anenerbe»nin əsas hədəfləri aşağıdakılardan ibarətdi:

1. İnsanlar üzərində aparılan bioloji təcrübələrin əsasında fövqəlinsan yaratmaq;
2. Nüvə silahının və onları daşıyacaq paketlərin yaradılması;
3. Mistik təcrübələr yolu ilə şüur vasitəsi ilə kosmik əlaqələrin yaradılması və başqa planetlərdə olan ali inkişaf səviyyəli sivilizasiyalarla təmasların qurulması.
4. Kosmosu fəth etmək üçün yeni texnologiyaların və nəqliyyatların yaradılması;

«Anenerbe»nin alimləri bu hədəflərlə bağlı hansısa nəticələr əldə edə bilmişdilərmi? Yəqin ki, hə. Çünki «Anenerbe»nin arxivinin bir hissəsi ABŞ-ın əlinə keçdikdən sonra qısa vaxtda atom bombasını hazırlaya bilməsi bunun sübutlarından biridir. ABŞ-ın 1945-ci ilin iyulunda atom bombasını əldə etmək imkanı yoxdu. Bombanın hazırlanması üçün bir neçə çatışmamazlıqlar vardı və bu çatışmazlıqları amerikanlar üçün məhz gizli şəkildə ABŞ-a aparılan «Anenerbe»nin alimləri ortadan qaldırdılar.

Bu bir faktdır ki, «Anenerbe» 1944-cü ildə üç dəfə kiçik həcmli nüvə silahlarının sınağını keçirib. Sınaqların hər üçü uğurlu olub. Hitler daha böyük bombaların yaradılmasını əmr edib və «Anenerbe»nin alimləri 1945-ci ilin əvvələrində bu bombaları yaradıblar. Bir çox araşdırmaçılar iddia edirlər ki, Yaponiyaya atılan bombalar məhz Almaniyadan ABŞ-a aparılıb. Hələ də müəmma olan odur ki, müharibənin son günlərində hər şeydən ümidini üzən Hitler niyə bu bombalardan istifadə etmədi? Hər halda bunu ancaq onunla izah etmək olar ki, amerikanlar bombanı 1945-ci ilin yanvarında, ya da fevralında ələ keçiriblər.

1944-cü ildən başlayaraq müttəfiqlərin ələ keçirdikləri alman torpaqlarında «Anenerbe»nin institutlarını axtarırdılar. Mübaribədən sonra ABŞ və SSRİ bütün səylərini Almaniya ərazilərində «Anenerbe»nin arxivlərini və üzvlərini ələ keçirməyə yönəltmişdilər və müttəfiqlər arasında demək olar ki, açıq savaş başlamışdı. Bu axtarışlar 1948-ci ilə qədər davam etdi.

Məhz «Anenerbe»nin tapılan arxivləri və həbs olunan alimlərinin hesabına ABŞ-da və SSRİ-də yeni gizli laboratoriyalar yaradıldı. Bundan sonra isə ABŞ və SSRİ-də nüvə, elektron, aerokosmik və maşınqayırma sahəsində bir sıçrayış yarandı. 1961-ci ildə SSRİ-nin kosmosa ilk uçuşunun da «Anenerbe»nin arxivlərindən əldə olunan layihələr əsasında reallaşması da SS-in nə qədər qlobal bir araşdırma içində olduğundan xəbər verir.

İndiki raketlərin «Anenerbe»nin institutlarında hazırlanması haqında danılmaz faktlar mövcuddur. Amma hər kəsi heyrətə salacaq başqa bir faktda var. «Anenerbe»nin arxivindən tapılan və bir yolla mətbuata sızan bir fotoqrafda SS formasında olan adamlar, indi bizim «uçan boşqablar» olaraq tanıdığımız fantastik hava nəqliyyatının ətrafında dövrə vurublar. «Uçan boşqab» isə SS-çilərdən bir metr yuxarıda asılı şəkildə durur. Bu fotoqrafın montaj olmadığı çoxdan sübut olunub. Amma «Uçan boşqab»ların ətrafındakı SS-çilərin izahını heç kim verə bilmir.

Nasistlərin kosmosla əlaqələrimi vardı?

Bu sualın dolğun cavabı Rusiyanın, ABŞ-ın, Britaniyanın tam məxfi qrifli arxivlərində yatır. Amma «Anenerbe» haqqında mətbuata sızan məlumatlardan qismən bu suala cavab vermək mümkündür. Ehtimal olunan variantlardan biri odur ki, Tibetin paytaxtı Lxasada transmer keçid pəncərəsi mövcuddur və bu pəncərə barədə, ancaq Dalay Lama daxil olmaqla bir neçə ali kahin məlumatlı olur. «Uçan boşqab»ları da Almaniyaya tibetlilərin gətirdiyi iddia olunur.

Raket mühərrikli təyyarələrin ilk yaradıcısı Verner fon Braun diskşəkilli uçan obyektləri özünün gördüyünü iddia edir və bildirirdi ki, onun gördüyü «uçan boşqab» bir anın içində 4000 metrə yüksəlirdi. Adama fantastika kimi gəlir, amma bunu FAU-1, FAU-2 raket təyyarələrinin yaradıcısı deyəndə şübhə yeri az qalır.

İddialara əsasən 1945-ci ildə sovet əsgərləri Avstriyada gizli bir zavodda bir neçə «uçan boşqab» aşkarlayıblar. Tapıntı ən gizli şəkildə Urala aparılıb. Sonra sadəcə «yox olub».

O zaman ortaya sual çıxır. Dünyaya dəhşət və qorxu saçan, Avropanı və Asiyanı qan gölünə çölünə çevirən nasistlər bu bilgilərə və kosmik əlaqələrə necə nail ola bilmişdilər? Karl Haushofer Tibetdən özü ilə nə gətirmişdi? Bəlkə balaca, xəbis «yaşıl adamlardan» kinolar çəkən Hollivud rejissorları həqiqəti lentə alıblar?

Şafferin missiyası

Tibet monaxları ilə ilk təması quran Karl Haushofer idi. Ondan sonra bu əlaqələr qırılmadı, əksinə nasional-sosializm liderləri tərəfindən daha da inkişaf etdirildi. Ancaq anlaşılmaz olan Tibet kahinlərinin və şəxsən Dalay-Lamanın nasional-sosializmə göstərdiyi maraq idi. Bəlkə Tibet monaxlarını bütün Avrasiyanı əhatə edən fövqəldövlət ideyası maraqlandırırdı?. Bütün bunlar ancaq ehtimaldı. Dalay-Lamanın Hitlerə niyə rəğbət bəsləməsinin sirri hələ də bəlli deyil. Bəlli olan odur ki, faşist Almaniyasının 30-cu illərdə Tibetə yolladığı bir neçə ekspedisiya uğurla nəticələnmişdi.

1926-cı ildə Haushoferin dəvəti ilə Berlin və Münhenə «Yaşıl Əjdaha» ordeninin nümayəndələri gəlirlər. SS-in və onun tərkibində «Anenerbe» araşdırma institutlarının yaranması haqında qərar da edə o zaman verilir. Hitler SS-ə və bütün «Anenerbe»nin bütün araşdırmalarına rəhbərliyi Henrix Himlerə həvalə edir. Üçüncü Reyxin ən məşum simalarından biri olan Himmler həm də «Üçüncü Reyx»in bütün taleyinə cavabdeh adama çevrilir. Məhz Himmlerin göstərişləri ilə «Anenerbe»də minlərlə sadist təcrübələri həyata keçirilirdi. Məqsəd isə fövqəlinsan yaratmaqdan və german irqini föqəlirqə çevirməkdi. 1930-cu illərdən başlayaraq Himmlerin institutları Tibetlə əlaqəyə girərək çalışmağa başlayırlar.

1937-ci ilin sonlarında reyxsfürer Himmler Münhendə şəhər kənarındakı rezidensiyasında ştrambanfürer Ernst Şefferi qəbul edir. Şeffer Himmlerin yanından ancaq 7 saatdan sonra çıxır. Onların nə danışdığı heç kimə bəlli deyil. Amma elə səhəri gün Şeffer Tibetə ekspedisiya hazırlamağa başladı. Bundan əvvəl 1931-ci ildə Nepalda gizli tapşırığı yerinə yetirən Şeffer ərazini kifayət qədər tanıyırdı. Şefferin ekspedisiyasına kimlərin daxil olduğu bu gün belə bəlli deyil. Tək bəlli olan budur ki, Himmlerin Şefferin qarşına qoyduğu vəzifələrdən biri də onunla Dalay-Lama arasında radio rabitəsini yaratmaq olub.

Üçü aydan sonra Tibetə gələn Şeffer Himmler və Hitlerin Dalay-Lama ilə radio əlaqəsini qura bildi. Fürerin və Himmlerin Dalay-Lama ilə nə danışdığı bilinmir. Yəqin ki, bu danışığın stenoqrammı ABŞ, İngiltərə, ya da Rusiya arxivlərində saxlanılır. Amma Dalay-Lamanın Hitlerə yazdığı məktub durur. Həmin məktubda Dalay-Lama Hitleri Almaniyanın hökmdarı adlandırır və Tibetlə Almaniya arasındakı əlaqələrin geniş inkişaf etməsindən razılıq edir.

3 ay Tibetdə qaldıqdan sonra geri dönən Şeffer özü ilə mistik və dini ayinlərə həsr olunan yüzlərlə metr kinolentlər, çoxlu sayda əlyazmalar və perqamentlər gətirir. Ən əsası isə Dalay-Lama Şeffer ilə Hitleri qorumaq üçün mindən artıq «Şambala» əsgərlini Berlinə göndərir. Məhz SS paltarı geyinmiş həmin tibetli əsgərləri reyx dəftərxanasında və Hitlerin bunkerində intihar etmiş vəziyyətdə tapan rus əsgərləri çaşqına dönmüşdülər. Bundan başqa 300-ə qədər tibetli kahin isə «Anenerbe»nin institutlarında çalışmaq üçün Almaniyaya gəldiyi də iddia olunur. Onların bəzilərini müttəfiq qoşunların əsir alması haqqında da məlumatlar var.

Şefferin gətirdiyi əlyazmalar diqqətlə öyrənildikdən sonra Hitlerin masasının üstünə nüvə silahını layihəsi qoyuldu. Fürer layihəni təsdiqlədikdən sonra «Anenerbe»nin alimləri işə başladılar.

«Anenerbe»nin Antraktida təcrübələri

2000-ci illərin əvvəllərində «Anenerbe»nin atom sınaqları haqqında mətbuata bir sıra məlumatlar ötürüldü. Həmin məlumatlardan belə mənzərə aydın oldu ki, «Anenerbe»nin keçirdiyi atom təcrübələrinin böyük hissəsi Antraktidakı SS bazasında həyata keçirilib. Həmin baza tam məxfi şəraitdə fəaliyyət göstərirdi və ilk nüvə silahının sınağının da məhz həmin bazada həyata keçirildiyi qeyd olunur. Hətta nüvə silahının hazırlanması üçün lazım olan bilgilərin Aldebarana planetindən alınması haqqında fantastik məlumatlar da mətbuata sızdırılan sənədlərdə yer alırdı.

1946-cı ildə Antraktida da SS-in gizli bazasını tapmaq üçün axtarışa başladıldı. Axtarışlara bütün gərəkli texnika ilə təchiz olunmuş 17 gəmi çıxarılmışdı. Həmin ekspedisiyanın rəhbəri Riçard Evelin Berd uzun illər sonra ölümündən bir az əvvəl hər kəsi şaşırdan açıqlamalar verdi: Biz «Anenerbe»nin bazasına baxış keçirdik. Mən orda bir anda yüz kilometrlərlə məsafə qət edə bilən uçan aparatlar gördüm. Onlar o qədər çox idi ki… Həmin aparatların hamısı disk formasında idi. «Uçan boşqab»ları və orda olan cihazları sualtı qayıqlarla ABŞ-a gətirdik.

Sual olunur, niyə «Anenerbe» gizli təcrübələrini həyata keçirmək üçün Antraktida seçilmişdi? Fantastik iddia olsa da, ehtimal olunur ki, məhz Antraktidadan nasistlər Aldebarana planetinə transmer pəncərə tapmışdılar və həmin pəncərə vasitəsi ilə kənar sivilizasiya ilə əlaqə saxlaya bilirdilər. Məlumdur ki, Hitlerin gerçəkləşdirmək istədiyi əsas planlardan biri də məhz zaman maşının yaradılması ilə bağlı idi.

Hazırda ABŞ-ın, İngiltərənin və Rusiyanın arxivlərində o qədər sirlər yatır ki… Hər üç dövlət «Anenerbe»nin sirlərini 2044-cü ilə qədər açmamağa razılaşsalar da, bu sirlərin 2044-cü ildən sonra da açılmayacağı ehtimal olunan əsas versiyalardan biridir.

Hitler niyə uduzdu

Təbii olaraq hər kəsin beynində sual dolaşır. Əlində bu qədər qüdrətli olduğu halda Hitler müharibəni niyə uduzdu. Amerikanların Yaponiyaya tulladıqları atom bombasından isterik Hitler niyə istifadə etmədi? Axı bir mənalı olaraq Hitler 1944-cü ildə atom bombasında istifadə edib ABŞ-ı və İngiltərəni müharibədən çıxara bilərdi.

Bütün bu sualların cavabını Şpandau həbsxanasının sonuncu nasist qonağı Rudolf Hess ölümündən bir qədər əvvəl 1980-ci illərin əvvəlində yazdığı xatirələrində verir. Hitlerin partiya üzrə müavini, Karl Haushoferin sevimli şagirdi və assistenti, reyxsleyter Rudolf Hesse «Doktor Hessin kəşfləri» adlı memuarında məğlubiyyətin tək səbəbi olaraq Hitleri görürdü:

«Almaniyanın Şərqə doğru böyüməsi faktiki olaraq Yerdəki Kosmik Əlaqələr Mərkəzinin - şərti adı «Şambala» olan Mərkəz tərəfindən planlaşdırılmışdı. Mahatmalar Hitlerə Rusiyanı işğal edən proletariat iblisini yox etməyi tapşırmışdılar. Bunun üçün hətta Vermaxtda öz «mütəxəssislərini» belə yerləşdirmişdilər.

«Şambala»nın əsgərləri təkcə fürerin şəxsi mühafizəsində deyildi, həmçinin Vemaxtın Baş Qərargahında və strateji planlaşdırma Mərkəzlərində yerləşdirlimişdi. Rusiyaya hücumun vaxtını, hətta saatını da məhz onlar müəyyənləşdirmişdilər. Bizim hər bir əsgərimiz düşmənin on əsgərinə bərabərdi və bizə bu gücü verən «Şambala» idi.

Ancaq bədbəxtlik ondaydı ki, Adolf yarıdəli, yarıdahi idi və bu böyük müharibəni məhz o uduzdu. Çünki Şərqdə yerləşən bütün xalqları və insanları kökündən məhv etmək əmrini vermişdi. Bu «Şambala»nın ona olan münasibətini tamamən dəyişdirdi.

Baxmayaraq ki, «Şambala»nın əsgərləri son dəqiqəyə qədər fürerin yanında qaldılar, amma «Şambala»nın enerji dəstəyi yoxa çıxdı.

1942-ci ilin ikinci yarısında biz artıq məğlubiyyətə məhkum olunmuşduq və bu məğlubiyyət artıq qaçılmazdı. Kosmos bizi böyük avantüranın içinə soxaraq atdı».

«III Reyx»in sonu

«III Reyx»in memarları yaratdıqları yeni sivilizasiyanın ən azı 1000 illik bir zamanı əhatə edəcəyindən əmindilər. Nasional-sosializmin ideoloqları tamamilə yeni bir dünya yaratmaq üçün yola çıxdıqlarını və sonucda dünyanı zəif və genetik olaraq qeyri-təmiz xalqlardan xilas edərək fövqəlgücə sahib bir insan yaradacaqlarını iddia edirdilər. Lakin onlar bu layihəni həyata keçirmək üçün Hitler və Himmleri kimi isterik, mistik və xəstə düşüncəli liderləri seçməklə planlarını əvvəlcədən məğlubiyyətə düçar elədilər.

Hitlerin kütlələrə təsir etmək gücü nə qədər böyük olsa da, nəticədə yarıdəli bir dahini bu qrandioz layihəni həyata keçirmək imkanları sıfıra bərabərdi. Çünki Hitler aldığı qərarların doğruluğuna özünə əmin olduğu qədər əmindi və heç kimin bu qərarları dartışmaq kimi bir hüququ yoxdu. Hələ 1925-cü ildə Hitler partiyadan diktator hüquqları tələb etdi və bu hüquqları aldı. Ondan sonra onun verdiyi hər hansı bir qərarın müzakirəsini belə düşünmək olmazdı. Hər şey və hər kəs sözsüz fürerin iradəsinə tabe olmalıydı.

1934-cü ildə Hitler özünün ən yaxın silahdaşı, nasional-sosializmin qalib gəlməsində böyük rolu olan və faktiki olaraq nasistlərin 4 milyonluq yaraqlılarına rəhbərlik edən Ernest Remi onun iradəsinə tabe olmaq istəmədiyinə görə şəxsən həbs edərək edam etdirdi. 1935-ci ildə isə ona olan ironik hisslərini gizlədə bilmədiyinə görə nazismin mənəvi atası Karl Haushoferi Berlindən sürgün etdi və onu hakimiyyətdən tamamilə məhrum etdi. Bundan sonra Hitlerin hakimiyyəti tamamilə Tanrı hakimiyyətinə bərabər oldu.

«III Reyx»i də böyük iflasa sürükləyən də məhz Hitlerin əlində cəmləşmiş olan sonsuz hakimiyyət idi. Hitlerin aldığı qərarların hamısında müəyyən yanlışlıqlar vardı və bu yanlışlıqların düzəldilməsi belə imkansızdı. Çünki heç kim fürerə yanlışını göstərmək kimi bir hüquqa sahib deyildi və fürerin səhvini göstərən bir kəsin edamı sözsüzdü.

1941-ci ildə nasizmin böyük ideoloqlarından biri, «III Reyx»in Şərqdə işğal olunacaq torpaqlarının qubernatoru Alfred Rozenberq fürerdən SS-in «azad olunmuş» Ukrayna torpaqlarına girməməsi üçün xahiş etdi. Rozenberqin planına görə Rusiyanın işğalını məhz ukraynalılar həyata keçirməliydilər. Bu alman ordusunun qorunub saxlanmasına xidmət edəcəkdi. SS isə hər yerdə törətdiyi vəhşiliyə görə yerli xalqların Almaniyaya olan ümidlərini öldürürdü.

Hitler ilkin olaraq Rozenberqlə razılaşsa da, Himmlerlə bu məsələni müzakirə etdikdən sonra qərarını dəyişdi. Himmler işğal olunan bütün ərazilərin SS-in ixtiyarına verilməsini istədi və bunu «Anenerbe”nin fəaliyyəti ilə əlaqələndirdi. Məhz Ukraynada SS-in göstərdiyi vəhşi və sadist fəaliyət «III Reyx»in taleyini həll etdi.

Almaniya SSRİ ilə savaşını Stalinqrad ətrafında deyil, məhz Ukraynada SS-in göstərdiyi fəaliyyətlə uduzdu. Hitlerin Şərq siyasəti Ukrayna çöllərində iflasa uğradı və Hessin dediyi kimi anlaşılmaz vəhşilikdən «Şambala» belə dəhşətə gələrək fürerdən üz döndərdi.

Buna baxmayaraq aradan yüz illər keçəcək və tarix hələ də avara bir rəssamdan sərgərdan yefreytorluğa yüksələn və taleyin hökmü ilə bütün tarix boyunca insanın sahib olduğu ən böyük hakimiyyətlərdən birinə sahib olan Adolf Hitlerin mistik gücünün sirini anlamağa çalışacaq.

# 6809 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #