Bakı Film İnstitutu aktyorluq dərslərinə sənəd qəbulu elan edib

Bakı Film İnstitutu aktyorluq dərslərinə sənəd qəbulu elan edib
15 aprel 2013
# 14:21

Bakı Film İnstitutu növbəti yeni ixtisas üzrə tələbə qəbulu elan edib. Aktyor Qurban Məsimovun aktyorluq kursuna sənəd qəbulu 25 aprel 2013-cü il tarixinədəkdir. Bundan əvvəl institutda kinoprodüser ve kinorejissor kursları da təşkil olunub. Hazırda kinoprodüser kursunda ikinci qrupda kurslar başa çatmaqdadır.

Baki Film Institutu layihəsinin rəhbəri Fehruz Şamıyevin Kulis.az-a verdiyi xəbərə görə, aktyor kursu 3 ay davam edəcək. Kursun məqsədlərindən biri də indiki TV filmlərin və serialların sayının çoxaldığı bir dönəmdə, bu sahədə aktyor işinin keyfiyyətinin artırılmasına xidmət göstərməkdir. Kursa qatılmaq istəyənlər iki ədəd fotoşəkil və Bakı Film İnstitutunun kurslarına qatılmaq uchun iştirak blankını doldurmalıdırlar. Aktyor kursunda aylıq ödəniş 80 manatdır.

Baki Film Institutu layihəsinin rəhbəri Fehruz Şamıyevin bildirdiyinə görə aktyor kursları hazırda TV kanallarda sayı artan seriallardakı problemlərin az da olsa aradan qaldırılmasına xidmət edəcək.”Hələ serial bumu başlamadan öncə Azərbaycan da geniş tamaşaçı kütləsi “Aramızda qalsın” serialını yaxından izləyirdi. Həmin vaxtda serialın baş qəhrəmanı Qurban Məsimov ve Kamilə Babayeva idi. Qurban Məsimov bir çox filmlərdə və tamaşalarda oynayıb. Məncə, Qurban Məsimovun istedadı hamıya məlumdur. Xüsusi ile qeyd etmek istəyirəm ki serial istehsalında Qurban Məsimovun böyük təcrübəsi var. Məncə, efirdəki seriallarımızı izləyəndə orada nə qədər təsadüfi insanların rol aldığını görməmək mümkün deyil. Bizim kurslara qatılan şəxslər ən azından pafos və sünilikdən azad olacaqlar. Qeyd edim ki kursları bitirən şəxslərə Cinema Gənc Kinematoqrafçılar Mərkəzinin, Bakı Film Institutunun sertifikatı veriləcək. Sözsuz ki, bu sertifikatı əldə etmək elə də asan olmayacaq”

# 4137 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #