Etimad Başkeçid AYB mükafatından imtina etdi

Etimad Başkeçid AYB mükafatından imtina etdi
2 aprel 2013
# 09:53

AYB-nin Ədəbiyyat Müsabiqəsi Yusif Səmədoğlu adına nəsr mükafatının qalibi Etimad Başkeçid Kulis.Az-a yolladığı bəyanatında mükafatdan imtina etdiyini açıqlayıb.

Kulis.Az yazıçı Etimad Başkeçidin bəyanatını təqdim edir.

AYB-nin keçirdiyi ədəbiyyat müsabiqəsində romanımın birinci yerlərdən birinə layiq görülməsi münasibətilə mənə təbriklər ünvanlayan bütün dostlara sidq ürəkdən təşəkkür edirəm.

Söz yox ki, uzun sürən durğunluqdan sonra bu tipli müsabiqənin təşkil olunması alqışlanmalıdır. Lakin xoş niyyətin bəyan edilməsi və onun layiqincə həyata keçirilməsi tamamilə fərqli şeylərdir.

Müsabiqənin nəticələrinə diqqət yetirdikdə açıq-aydın görünür ki, əvvəlcədən elan olunmuş qaydalar çeynənib, hər birinə ayrı-ayrılıqda hörmət bəslədiyim münsiflərin iradəsi «korrektə»yə məruz qalıb. Bu cür kütləvi mükafatlandırma kimə və nəyə lazımdır? Bu, toyuqlara dən səpmək kimi bir şeydir. Bu xüsusda yalnız bir ehtimal var: elə bil, kimsə cəmiyyətə mesaj ötürmək istəyir ki, müsabiqəyə təqdim olunan əsərlərin hamısı bir bezin qırağıdır, burada dişə vurulası heç nə yoxdur. Odur ki, mən bunu kütləvi cəzalandırma kimi qəbul edirəm.

Onsuz da Kamal Abdullanın istefası və çoxsaylı imtinalardan sonra müsabiqənin etibarı kifayət qədər zədələnmişdi. Ola bilsin, mən də müsabiqədən elə onda çəkilməliydim. Müsabiqənin nəticələri ilə bağlı ortaya çıxan mənzərə məhz bunu göstərir.

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq bu mükafatdan imtina edirəm.

Xüsusi olaraq bəyan etmək istəyirəm ki, bu addımımla mənimlə eyni nominasiyada qalib olmuş dostum Alpay Azərin əsərinin üzərinə qətiyyən kölgə salmaq niyyətim yoxdur və bu imtina, yuxarıda qeyd etdiyim kimi, yalnız müsabiqənin başdan elan olunmuş şərtlərinin pozulması və mükafatlandırmanın fəlsəfəsi ilə bağlıdır.

# 3294 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
#
#
# # #