Qara Qarayev adına beynəlxalq müasir musiqi festivalı keçiriləcək

Qara Qarayev adına beynəlxalq müasir musiqi festivalı keçiriləcək
2 aprel 2013
# 09:51

Bakıda 14-19 aprel tarixində Qara Qarayev adına V beynəlxalq müasir musiqi festivalı keçiriləcəkdir. Kulis.Az-ın məlumatına görə V festival ənənənin davamı kimi nəzərdə tutulub – festival konsertlərində yalnız müasir musiqi səslənəcək.

Rəngarəng və maraqlı festival proqramı Bakı dinləyicisinə yüksək incəsənətlə yaxından ünsiyyət imkanı yaradacaqdır. Almaniya və Azərbaycan, Avstriya və Fransa, Hollandiya və Rusiya bu günün musiqisini müəkəmməl şəkildə ifa edən solist və kollektivlərlə təmsil olunacaqlar.

Festivalın açılış və bağlanış mərasimlərində dirijor Rauf Abdullayevin rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertlərin proqramı XX əsrin musiqi spektrini təqdim edir: Qarayev, Schönberg, Respigi, Ligeti, Berio, Şostakoviç və b. kimi müasirlərinə böyük təsir etmiş və XX əsr musiqi təfəkkürünün inkişafında yeni yollar açmış bəstəkarların əsərləri səslənəcəkdir.

Festival konsertlərində yeni musiqi ifaçılığının Avropada liderlərindən olan Amsterdamın Asko|Schönberg və Strasburqdan tanınmış kollektiv Accroche Note Ensemble iştirak edəcəklər. Kollektivlərin proqramında Avropanın aparıcı bəstəkarlarının əsərləri üstünlük təşkil edir.

Festivalın başqa bir orijinal layihəsi - Gənc Tamaşaçılar Teatrının səhnəsində müasir musiqinin ekstravaqant klassiklərindən biri olan Mauricio Kagel`in musiqisi əsasında Variété tamaşası nümayiş olunacaqdır. Əsər alman-ispan mənşəli AVA Dance Company və Bakı müasir musiqi kollektivi Con tempo təfərindən ukraynalı dirijor Vladimir Runçakın idarəsi altında ifa eidləcəkdir. Burada həmçinin alman akkordeonisti Eva Zöllner də çıxış edəcəkdir.

Piano musiqisi proqramına Gülşən Ənnağıyevanın iştirakı ilə PİANO I – III Reich zamanının “Degenerativ musiqisi” (“Entartete Musik”) və SSRİ-də “mövcud olmayan” musiqi; pianoçular Aleksei Lubimov və İvan Sokolovun PİANO II, hollandiyalı pianoçu Marsel Vorms`un “Blues ətrafında” PİANO III konserti daxil edilmişdir. Eyni zamanda Marianna Visotskayanın bakılı musiqiçilərin iştirakı ilə keçirəcəyi “Orqan + ” konserti də qeyri-standart ifa tərzi ilə dinləyicilərin diqqətini cəlb edəcəkdir.

Festival proqramında müasir Azərbaycan musiqisinə də geniş yer ayrılmışdır. Festivalın proqramı ilə oxucular Festivalın sitesində tanış ola bilərlər http://qaraqarayev-festival-az.net/en/index.html

Festivalın təşkiltçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir. Festivalın baş tutmasında həmçinin Rusiyanın Mədəniyyət Nazirliyi, Hollandiyanın mədəniyyət fondları - Fonds Podiumkunsten və Gemeente Amsterdam, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri də yardımçı olmuşlar.

Festivalın bədii rəhbəri, professor Fərəc Qarayevdir.

# 3406 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #