"Səni tərk etsəm"

 

Günel Eminlinin tərcüməsində

 

Memento (məni xatırla)
 

Bir gün səni tərk etsəm,
Ölümə doğru getsəm,
Basdırın gitaramla,
Məni çay qumluğunda.

 

Bir gün səni tərk etsəm,
Ölümə doğru getsəm,
Gömün çiçək dibinə,
Portağal bağlarında.

 

Bir gün səni tərk etsəm, 
Ölümə doğru getsəm,
Yelqovana dönəcəm,
Evlərin damlarında.

Sükut olsun hər yerdə! 
Mən öləndə,
Mən öləndə...

 

Sükut
 

Dostum,
dinlə bu səssizliyi,
Dalğaların səsini,
Dağların nəfəsini,
Hopdurmuşdur özünə,
Sükut yerə əyilir,
Düz torpağın üzünə...

 

İzlər...
 

Cocuqlar baxırlar uzaqlara,
Uzaqlara baxırlar.

Şöləsini astaca,
qovur özündən şamlar,
Sual verirlər aya,
İki kor qızcığaz.

Ulduzlara daşıyır ,
xəbərçi rüzgar,
Simlərin titrəyən,
Qəmli nəğmələrini.

Dağlar baxır uzaqlara,
Baxır uzaqlara.

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018