«Mənzil 9»-da nələr oldu?

«Mənzil 9»-da nələr oldu?
18 mart 2013
# 10:45

Dünən “Yarat” müasir incəsənət məkanında ““PARTICIPATE” Baku Public Art” layihəsinin açılışı keçirildi. Kulis.Az-ın məlumatına görə ““PARTICIPATE” Baku Public Art “ Azərbaycan və xarici rəssamların əsərlərini özündə cəmləşdirən festivalın keçirilməsindən ibarətdir.

Sözü gedən festival ərzində fərdi müəllif və ya müəlliflər qrupu tərəfindən performansdan tutmuş instalyasiyalara qədər müxtəlif incəsənət istiqamətlərinə mənsub 10 layihə həyata keçiriləcək. Tədbiri giriş sözü ilə “Yarat” müasir incəsənət məkanının rəhbəri rəssam Aida Mahmudova açaraq festival və layihələr haqqında məlumat verdi.

Festival gözlənildiyi kimi bu il ölkəsini rəsmi olaraq Venesiya bienalında qurulan “Gürcüstan pavilyonu” ilə təmsil edən “Bulyon” qrupunun “Mənzil 9” əsərinin təqdimatı ilə açıldı. Müəlliflər «Mənzil 9» layihəsində ictimai və fərdi məkan anlayışlarını tamaşaçıya aksent edər bir şəkildə açmağa cəhd göstərmişdilər. Otaqlar, məkan rənglənir və rəngləndikcə daralırdı. Bu sanki ictimai məkanın sıxışdırılması anlamına gəlirdi. Müəlliflər bununla sovet və postsovet dövründə ictimai məkanın olmadığı fikrini vurğulayırlar.

Bunlardan başqa ayrı-ayrı otaqlarda pantomima teatrının aktyorları yaradıcı aktlar təqdim edirdi. Ağ rəngli skafandr geyinmiş, bir-birlərini qara rənglə «güllələyib» yaralayan iki insan vərdiş etdiyimiz adilikdən uzaq, fantasmaqorik bir ab-havada bir

birini dəyişməyin, «rəngləməyin», «yaralamağın» «incitməyin» mənəvi aləmdə necə proseslər yaşatdığını göstərirdi.

Daha bir məkandasa qadın və kişinin təzadlı münasibətlər sistemi aktyorların ifasında göstərilirdi. Bu performans-aksiyalar özü də ictimai və fərdi məkan anlayışlarının bir növ izah etməyə çalışırdı və «Mənzil 9» layihəsinin leytmotivləri idi.

Məsələn, bir-birini rəngləyən ağ skafandrlı iki insan rənglərlə simvolik olaraq «ictimai məkan»ı daraldan «rəngsazlardan» daha artıq total vahimə, təhlükə hissi ötürürdü. «İctimai məkanı saxlamaq üçün fərdi məkanı qorumaq gərəkdi». Deyəsən, əsas xətt bu fikrin üstündən keçir….

# 3685 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #