Xalq artisti prezidentin hədiyyəsini muzeyə verdi-EKSKLÜZİV

Xalq artisti prezidentin hədiyyəsini muzeyə verdi-EKSKLÜZİV
15 mart 2013
# 10:51

Xalq artisti, bəstəkar Arif Məlikov eks-prezident Əbülfəz Elçibəyin ona bağışladığı Qara Qarayevin portretini Musiqi Mədəniyyəti Muzeyinə təqdim edib. Bu barədə Kulis.Aza Arif Məlikovin özü məlumat verib.

Arif Məlikov deyib ki, dövlət ziyafətlərindən birində eks-prezident Əbülfəz Elçibəyə dahi Qara Qarayevin portretini hədiyyə ediblər: “Elçibəy isə dedi ki, bu məclisdə həmin hədiyyəyə layiq olan bir adam var, mən də portreti ona hədiyyə etmək istəyirəm. Məni çağırıb Qara Qarayevin portretini təqdim etdi. Portret mənim Musiqi Akademiyasındakı beş il təhsil aldığım, sonra daha əlli beş il dərs dediyim sinif otağında divardan asdırıldı. Bina təmir olunanda portret yoxa çıxdı, çox axtardıq, nəhayət tapdıq və apardım onu evimə”.

Arif Məlikov bildirib ki, portreti Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşlarına təqdim edib: “Biləndə ki, bunu bağışlayıb əvəzində onlardan heç nə ummuram, çox təəccübləndilər. Akt tərtib edib portreti onlara təqdim etdim”.

Tahir Tahirovun yağlı boya ilə kətan üzərində işlədiyi portret Qara Qarayevin gənclik illərinin təsviridir. Bəstəkarın gəncliyini təsvir edən başqa portret yoxdur.

# 3985 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #