“Yemək yeyəndə ayağınızı ərinizə toxundurun”

A+
A
A-
09 Mart 2013 08:30
Ailəli qadınlar oxusun

 

Qari Çapman ABŞ-da insan münasibətləri üzrə mütəxəssis və Bibliyanın mahir bilicilərindən sayılır. Onun ailə və insan münasibətlərindən bəhs edən, 1992-ci ildə qələmə aldığı “Beş sevgi dili” kitabı 5 milyon tirajla satılmış, 38 dilə çevrilmişdir.

 

Kulis.Az “Beş sevgi dili” kitabından bir hissəni təqdim edir.

 

Siz sevgilinizlə oturub danışmaq istəyirsiniz, amma o sizə çiçək göndərir. Siz ev yeməyi yemək istəyirsiniz, amma o sizə sarılaraq doyur. Problem sevginizdə deyil, sevgi dilinizdədir. İnsanlar sevgilərini aşağıdakı şəkildə ifadə edirlər:

 

1. Tərifedici sözlər.

2. Keyfiyyətli zaman.

3. Hədiyyə alma.

4. Xidmət fəaliyyəti.

5. Fiziki təmas.

 

Sevgi dili fiziki təmas olanlara bəzi məsləhətlər:

 

1. Maşınınızla alış-veriş mərkəzinə gedərkən ərinizin əlindən tutun. (Əlbəttə, əgər yanınızda orta məktəb yaşlı üç uşağınız yoxdursa.)

 

2. Birlikdə yemək yeyərkən ayağınızı, ya dizinizi ərinizin dizinə söykəyin.

 

3. Ərinizə yaxınlaşıb belə deyin: “Sənə səni sevdiyimi söyləmişdim?” Onu qollarınızın arasına alın və sarılaraq bir neçə dəqiqə kürəyini oxşayın“. “Sən mükəmməlsən!”- deyə davam edin. Yataq otağına gedən koridorun divarına söykənin. Sonra ondan ayrılın və öz işinizlə məşğul olun.

 

4. Əriniz oturanda arxasından yaxınlaşın və çiyinlərini masaj etməyə başlayın. Əriniz dayanmağınızı istəyənə qədər davam edin.

 

5. Kilsədə birlikdə oturan zaman rahib duaya çağıran vaxt ərinizin əlindən tutun.

 

6. Seksə ərinizin ayağını masaj edərək başlayın. Ərinizə xoş gəldisə bədəninin digər bölgələrini də masaj edin.

 

7. Cakuzidə suyu açın və ərinizə onunla çimmək üçün bir dost axtardığınızı deyin.

 

8. Birlikdə maşınla gedərkən əyilib ərinizin ayağına, qarnına, qoluna, əlinə və s toxunun. Əgər sizə “dayan” desə hər mənada əyləcə basın.

 

9. Qohumlarınız və ya dostlarınız qonaq gələndə onların yanında ərinizə toxunun. Sarılmaq, əlinizi qolunda gəzdirmək, qoluna girmək kimi hərəkətlər sizə romantik xal qazandıra bilər. Verdiyiniz mesaj budur: “Evimizdə bu qədər insan olsa da yenə də səni görürəm.”

 

10. Əriniz evə gələndə onu həmişəkindən daha tez qarşılayın və möhkəm qucaqlayın. Normal vaxt qapıda qarşılayırsınızsa bu dəfə onu qarajda qarşılayın. Həmişə qarajda qarşılayırsınızsa bu dəfə küçədə qarşılayın. Maşın dayananda əyilib pəncərədən ərinizi öpün. Həmişə küçədə qarşılayırsınızsa bu dəfə park ətrafında gizlənin və əriniz qapını açanda ortaya çıxıb ona sarılın. (Sarılmamışdan əvvəl özünüzü ərinizə göstərin, yoxsa qorxa bilər.)

 

 

Fikrinizi bildirin
Adiniz
E-mail
9+4 = ?
Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq..
Cavan he duzdu sarilamamisdan qabaq uzunuzu gosterin sevgilinize yoxsa bu yaxinlarda bir dunya cempionunun gunune dusersiz. O qaranliqda ona surpriz etmeye calisan sevgilisini quldur bilib oldurmusdu(((
saida sonra da erin desin ki, ay qiz shitlik eleme camaatin yaninda.
roya yaxwi meslehetlerdi ,,bundan sonra caliwacam bunlara emel edim
Semed Bu nədi ə lap havalandım ki, ay Elnarə xanım səndə mövzu tapmısan bu romantik duyğularımızın ölən vaxtında.....
Bölmənin digər yazıları