Ölülərlə birgə yaşayanlar, ölüləri yeyənlər

Ölülərlə birgə yaşayanlar, ölüləri yeyənlər
2 mart 2013
# 08:45

Kulis.az qəribə və maraqlı adətləri təqdim edir.

Ölülərini yeyən aqorilər

Hinduizmin Aqoriz məzhəbinə inanan və Şivaya ibadət edənlər onu ən böyük allah hesab edirlər. Şivanın hər şeyi yaratdığına inandıqları üçün nə içkini, nə narkotiki günah sayırlar. Onları fərqli edən təkcə bu adətləri deyil, yamyam olmaları və məbədləri ölüləri yandırma yeri kimi istifadə etmələridir.

Aqorilər ölü yandırılan yerdə yaşaya, ölən insanın paltarlarını geyinə bilərlər. Meditasiya məqsədi ilə yandırılmış cəsədin küllərini bədənlərinə sürtürlər. Çayla gələn ölü bədənləri çiy-çiy yeyirlər.

Hindlilərin sağlam və uzun yaşamağının sirri

Hindistanın Maharaştra bölgəsindəki Solapurda valideynlər hər il uşaqlarını 15 metrlik bir binanın damından yerə atırlar. Uşaqlar digər kəndlilərin aşağıda tutduğu parçanın içinə düşür. Valideynlər inanır ki, bundan sonra uşaqları uzun və sağlam həyat keçirəcəklər.

Kişilərin kişiliyə keçmə şərti

Braziliyanın Amazon bölgəsində yaşayan Satere-Mave camaatının kişilərə aid qəribə qanunları var. Oğlan uşağı “kişi” olmaq üçün əlini içində bir topa atlı qarışqa olan əlcəyin içinə salıb on dəqiqə gözləməlidir. İnanca görə, bu qarışqanın dişləyinin verdiyi ağrı təbiətdəki ən sərt ağrılardandır. Kişiliyə keçmə yaşına gələn uşaq bunu iyirmi dəfə fərqli vaxtlarda təkrarlamalıdır.

Yanamamö – ölülərin hər şeyi məhv edilməlidir!

Yanamamö Venesuela və Braziliyada yaşayan böyük qəbilədir. Modern həyat onlara hələ gəlib çatmayıb, köhnə adətlər hələ də qorunur. Yanamamö dini adətlərinə görə ölülərin sümükləri sındırılır və yandırılır. Külü bir küpə doldurularaq yox edilir.

Tüpürərək salamlaşanlar

Kenya və Tanzaniyada yaşayan Masayi adlı etnik afrikalı qrup bir-birlərini tüpürərək salamlayırlar. Döyüşçülər yaşlı insanlarla salamlaşanda hörmət əlaməti olaraq əllərini uzatmamışdan qabaq ovuclarına tüpürürlər. Uşaq doğulanda Masayi kişiləri onun üstünə tüpürərək, pis ruhların ona yaxınlaşmasının qarşısını alırlar.

Ölülərini yedizdirən romalılar

Vatikan və Qədim Roma qəbiristanlıqlarındakı arxeoloji qazıntılar unudulmuş bir ənənəni gün üzünə çıxarıb. Belə ki, romalılar ölüləri ilə birgə yemək yeyir, hətta onlara da yedizdirərmişlər. Məzarların çoxunda məzarın kənarından ölünün bədəninə uzanan borular tapılıb. Həmin boru ilə ölüyə şərab, bal və digər yeməklər verilirmiş. Romalıların qəbiristanlığındakı mənzərəyə İngiltərədə də rast gəlinib. Qədim romalılar tez-tez ölülərinin yanında piknik qurarmışlar. Onlar inanırmış ki, ölü yaxınları da onlarla birgə yeyir.

İyomante ayini

Yaponiya və Rusiyanın fərqli yerlərində yaşayan Ainu qəbiləsi təbiətə sitayiş edir və ayıların tanrı olduğuna inanırlar. İşin qəribə tərəfi təkcə bu deyil; onlar ayıları müqəddəs bilsələr də, öldürürlər. Bu ayin üçün qış yuxusuna getmiş bir ana ayı seçilir. Balaları iki il qəfəsdə saxlanır, böyüdülür, sonra dinin tələbinə görə vəhşicəsinə öldürülür. Kəndlilər ayını kəsəndən sonra qanını içir, ətini yeyirlər. Ayının başı mizrağa keçirilərək hamının görəcəyi bir yerə sancılır, sonra da ona sitayiş edilir. Qeyd edək ki, Yaponiyada bu ayin ainulara qadağan edilib.

Ölü ilə yaşamaq

Cənubi Sulavesidə (İndoneziya) yaşayan Torayan adlı etnik qrup üçün cənazə mərasimi həyatın çox vacib məqamlarından biridir və bir ailənin mərasim üçün lazımi pulu yığmağı illərlə davam edə bilər. Aylarla davam edən bu müddət ərzində ölü paltar geyindirilərək evin altında basdırılır. Cənazəsi olana qədər ruhunun ailə ilə yaşadığına inanılır. Lazımi vəsait yığılanda ölü tabuta qoyularaq basdırılır.

# 4116 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #