Sevgisiz seks, sekssiz sevgi?

Sevgisiz seks, sekssiz sevgi?
18 fevral 2013
# 08:15

“Sekssiz sevgi olarmı? Sevgisiz seks riyakarlıqdırmı?” – hamımız bu sualları nə vaxtsa eşitmiş, yaxud bunu özümüzdən soruşmuşuq. Cəmiyyətdə tez-tez səslənən “Qadınlar sevməsə, seksə razı olmur”, “Kişilər üçün əsas sevgi deyil, seksdir” fikirləri nə dərəcədə həqiqəti əks etdirir? Bütün bu suallara psixoloq Sindi M. Meston və Devid M. Bussun birgə yazdıqları “Qadınlar niyə sekslə məşğul olur?” adlı kitabın köməkliyi ilə cavab tapacağıq...



Qadınlar niyə sekslə məşğul olur?

Sorğuya görə, əksər qadınlar sekslə məşğul olmalarına səbəb kimi “O insana sevgimi bildirmək istədim” və “Vurulmuşdum” cavablarını veriblər. Onların fikrincə, seks çox vaxt sevgi və bağlılıq yaradır, bəzən isə əsl sevginin yerini tutmağa çalışan keçici sevgi hisslərinin baş qaldırmasına gətirir.



Dörd min il əvvəl sevgi və seks

Sevgi ilə seksin bir-birinə bağlılığı yeni fikir deyil. Hətta insanın yazını kəşf etdiyi vaxtlardan bəri yazılanlar bu əlaqəyə işarə edir. 1880-ci illərin sonlarında İraqın kiçik bir əyalətində bir lövhə tapılıb. Dörd min illik bu lövhənin üzərində bir şeir həkk olunmuşdu. Tarixçilər bunun ən qədim sevgi şeiri olduğunu da iddia ediblər. Ən maraqlısı isə odur ki, həmin şeirdə bir rahibə krala təkcə sevgisini deyil, şəhvətini də ifadə edib:

“Qəlbimin sevgilisi, bəyim

Parlaqdır gözəlliyin, baldan şirin

Əsir etdin məni, dururam önündə titrəyərək

Bəyim, yatağa götürülmək istərəm”

Sevgisiz seksə razı olan qadınlar hansılardır?

Əksər qadınlar üçün sevgi ilə seks bir-birinin ayrılmaz hissəsi sayılsa da, bir qisim qadınlar üçün bu belə deyil. Sevgisiz seksə ən çox üstünlük verən qadınlar yeniliyə meylli xarakterə malik, yəni ekzotik yeməkləri xoşlayan, səyahət edib fərqli mədəniyyətlər tanımağa çalışan, dəyişikliyə can atan qadınlardır.

Seksə qadın və kişi baxışı

Qadınların çoxu seks üçün sevgiyə ehtiyacı olmasa da, yaxud sevginin arxasınca qaçmasa da, sevginin mütləq seksi müşayiət etməsinin tərəfdarıdır. Meston Cinsi Psixofiziologiya Laboratoriyasında 700-dən çox tələbədən “Sevgisiz seksdə problem yoxdur” fikri ilə razı olub-olmadıqlarını soruşub. Tələbələrin yarısı Avropa, yarısı Cənub-Şərqi Asiya əsilli olub. Hər iki mədəni qrupda da sevgisiz seksin qəbul edilən olduğunu düşünən kişilərin qadınlarla müqayisədə daha yüksək olduğu qeydə alınıb.

Seksin ilk şərti sevgidirmi?

Bundan başqa, Devid Bussun apardığı araşdırmada, qadınların 73, kişilərin isə 32 faizinin sevgini seksin ilkin şərti kimi gördüyü məlum olub.

# 10726 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #