Efirdə alt paltarlarından danışmaq

Efirdə alt paltarlarından danışmaq
26 yanvar 2013
# 08:00

Sevda SULTANOVA

- Senyor Pisanello, gününüz necə keçdi?

- Bir necə sənədə qəhvə dağıtdım.

- Eşitdiniz, senyor Pisanello bu gün bütün dünyanı təəccübləndirib və qəhvəsini dağıdıb, amma tez verdiyi reaksiya bu situasiyanın geniş miqyaslı fəlakətə çevirməyə imkan verməyib. Bu günki efirdə studiyanın qonaqları ilə birlikdə “Niyə o qəhvəni dağıdıb” dərin analizimizin mövzusu olacaq.

- Senyor Pisanello, xahiş edirəm bir fikir deyin.

- Necə, nədən?

- Nədən istəyirsiz.

- Bu gün yağış yağacaq deyəsən.

- Eşitdiz, senyor Pisanello deyir ki, yağış yağacaq.

Bu dialoq “Romaya sevgilərlə” filmindəndi.

Yaxınlarda Vudi Allenin son filmi “Romaya sevgilərlə”ni izlədim və yenidən bu dahi haqqında yazmaq ehtiyacını duydum.

İntellektual yumora aclığım olanda, nə Xazanovu, nə Jvaneskini dinləyirəm. Mütləq Vudi Allenə qayıdıram. Çünki bu aclığımı yalnız onun filmləri doyurur.

Allen deyir: “Məncə, müasir kinoda təsirim altında çəkən rejissor yoxdur. Hər yerdə Frensis Ford Koppolanın, Martin Skorsezenin, Oliver Stounun təsirinə uğramış gənclik görürəm”.

İntellektual komediya janrının yaradıcısı Allenin davamçısı olmaq çətindir. Bunun üçün dünya ədəbiyyatını, kinosunu, musiqisini, rəssamlığını, fəlsəfəsini, memarlığını, tarixini mükəmməl bilməkdən savayı, həm də çevik beynin, iti yumorun olmalıdır.

Allenin filmlərinin hər biri aforizm toplusudur, sonsuz fikir axınıdır.

O, banal əhvalatları orijinal intonasiyada və yumorla danışır.

Rejissor əksər filmlərində olduğu kimi “Romaya sevgilərlə” komediyasında da iqtisadi böhrandan tutmuş psevdointellektuallığa qədər çox mətləbləri ekrana gətirir .

Bir neçə süjet xəttinə əsaslanan filmin mənə görə, ən unikal səhnəsi Roberto Benininin baş rol aldığı hekayətdir.

Allen uzun müddət televiziyada çalışıb və filmlərində də ucuz tv şoulara, proqramlara sərt ironiya edir.

Rejissor filmdə yenidən müasir televiziya mövzusuna qayıdır. Və çağdaş tv- ni elə dahiyanə karikaturizə edir ki, hansısa peşəkar teletenqidçinin onun qədər tv-nin obrazını bu qədər dolğun, sərrast yarada biləcəyinə şübhə edirəm.

Benininin qəhrəmanı Leopaldo Pisanello orta təbəqəni təmsil edən adi italyandır. Günlərin birində, o, adəti üzrə işə gedəndə onlarla kamera və fotoaparatın obyektivinə tuş gəlir. Zavallı Pisanello nə baş verdiyini anlamamış gözünü açıb özünü tv proqramda görür.

“ - Bu gün bizim doğrudan da qeyri-adi qonağımız var, o, senyor Leopoldo Pisanellodur.

- Burda niyə olduğumu anlamiram

- Suallara cavab vermək üçün.

- Beləliklə, siz səhər yeməyi yemisiz?

- Mən qəhvə, yağ və cemlə iki çörək dilimi yemişəm.

- Necə idi?

- Necə deyim, yəni tost kimi

- Siz çörəyi tost kimi yeməyə üstünlük veirisiz?

- Bəli.

- Niyə?

- Bilmirəm. Sadəcə səhərlər tost yeyirəm.

- Ağ, yoxsa qara çörəyə üstünlük verirsiz?

- Ağ.

- Beləliklə, əziz tamaşaçılar əminliklə demək olar ki, senyor Pisanello ağ çörək tostu sevir. Siz səhər yeməyindən əvvəl yoxsa sonra təraş olursuz?”

Beləcə Pisanello bir gündə məşhurlaşır, tualetə getməyindən tutmuş alt paltarlarına qədər sarsaq sualları cavablandırır, ziyafətlərə dəvət alır, avtoqraf verir, kübar dairənin qadınları onunla yatmaq üçün növbəyə düzülür.

Bu süjet Allenin saxta idollar, dəyərlər istehsal edən tv - yə nifrətinin ifadəsidir.

Əslində Allen yumorist olmasına rəğmən çox amansızdır. Personajlarını həmişə zavallı, çətin durumlara salır, onların həqiqi “mən”i, məhz belə miskin vəziyyətlərdə üzə çıxır.

Allen 40-dan çox filmin müəllifidir. O, hər il bir film lentə alır, təəccübləndirir, zövq verir, yeni nəsə öyrədir. Pessimist yumoristin “Romaya sevgilərlə” filmini izləyəndə düşündüm ki, əgər mənə bir arzumun gerçəkləşməsi imkanı verilsəydi, nadir insanlarından biri Allenin əbədi yaşamasını və davamlı olaraq filmlər çəkməsini diləyərdim.

# 4331 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
#
#
# # #