Müstəqilliyin başlandığı gecə

Müstəqilliyin başlandığı gecə
20 yanvar 2013
# 20:16

Leyla Namazova

20 Yanvar Faciəsi

1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qanlı divan tutulması, kütləvi terror nəticəsində minlərlə günahsız insanın qətlə yetirilməsi mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq, sülh yolu ilə bunu dərindən həll etmə üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə müxtəlif ölkələrdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” peşəkarcasına istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu cəfəngiyyat idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Hətta yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku belə partlatdırıldı, respublikada televiziya verilişləri dayandırıldı.

Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin alçaq siması bu idi. Günahsız insanları öldürməklə o nəyə nail oldu, nəyi sübut etmək istədi, dinc yerli sakinləri öldürməklə o elə bildiki hər şeyi qaydasına qoyub hər şey onun istədiyi kimi olacaq, onun çirkli əlləri minlərlə insanın qanına batmışdı, amma o qatil bununla da sakitləşmədi, o öz planını qəddarcasına davam edirdi.

Tanklar və sovet qoşunları Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib dağıdırdılar, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Maşınlar, avtobuslar, binalar və müxtəlif müəssisələr atəşə tutulub məhv edilmişdi, hər yer od-alov içində idi.

İnsanların soyuq meyidləri şəhərin hər yerində sərilib, qanları isə hər yerə çay kimi axırdı. Atəş səsi hər yeri bürümüşdü. O vəhşilər hər yeri partladırdılar.Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də güllələyirdilər. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək adam yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi, adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür, adamlar soyuq silahla, vəhşicəsinə qətlə yetirilmişdir.

200 ev və mənzil, 80 maşın, təcili yardım maşınları əsgərlər tərəfindən darmadağın edilmişdi. Qətlə yetirilmiş insanların arasında təcili yardım və polis işçiləri də var idi. Onların içində ən cavanları- 13 yaşlı məktəbli İlqar İbrahimov və Larisa Məmmədova, ən yaşlıları isə 75 yaşlı Sura Babayeva və 76 yaşlı Yunus Rəhimov idi. Bəziləri itkin düşdü, bir çox sayda insan əlil qaldı, valideyinlərini, övladlarını itirənlər yetim qalanlar da oldu.

Sovet hərbçiləri kimi görürdülər hamını güllə atəşinə tuturdular, silahsız, günahsız və dinc əhaliyə əl qaldırmaq onlar üçün çox xoş və ürəkaçan idi, bundan həzz alırdılar, soyuqqanlı insanın heç vaxt ürəyi olmur. Onlar isə əsl vəhşi soyuqqanlı qatil idilər.Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Onların bir məqsədi var idi Azərbaycan xalqını qıraraq məhv etsinlər, şəhəri də külə döndərib yandırsınlar. Binaların damında əsgərlər növbə ilə dururdular. Hər yer blokada içində idi. Şəhər demək olar ki, dağıdılmışdı. Yerli sakinlərin qorxu hissi isə Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları quldurlar məhz bu insanlar, bu qatillər idi.1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə inadını qıra bilmədi.

Həmin dəhşətli gecədə həlak olan vətən oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi və firavan həyat üçün yol açdılar. Bu dəhşətli gecənin səhəri hər şey artıq külə dönmüşdü və minlərlə insan həlak olmuşdu, şəhər qan içində idi, analar fəryad qoparıb öz övladlarının qəbirləri üstə göz yaşı töküb hönkürtü ilə ağlayıb kömək istəyirdilər, onlar öz övladlarını son mənzilə yola salırdılar və bu onlar üçün nə gədər ağır nə qədər əzablı idi bir Allah bilir. Yüzlərlə insan küçələrə axışıb tabutları aparmağa kömək edirdilər, onlar o tabutları çiyinlərində apararkən göz yaşlarını saxlaya bilmirdilər, o göz yaşları isə selə dönüb axırdı, qırmızı qərənfillər hər yeri bürümüşdü, hər tabutun üstündə nə gədər gül var idi, sanki o qərənfillərdə şəhidlərimizi ağlayırdı, insanlarla birgə.

Şəhər dəhşət və qorxu içində idi. Hər bir ananın, bacının, övladın üzündə o qəm, o kədər əks olunmuşdu, onlar artıq özlərini tam itirmişdilər və nə baş verir nə olub anlamırdılar, elə bil şokda idilər, çox əzab əziyyətli anlar keçirirdilər. O gün bütün Azərbaycan xalqı, bütün hamı şəhidlərimizı son mənzilə yola salmaq üçün bir toplaşmışdılar. Hamının bir arzusu var idi ki, öz yaxınlarını, doğmalarını geri qaytarsın. Amma nə etmək olardı, artıq çox gec idi, günahsız oğul qızlarımız heç nədən, hədərə getdilər, heç bir günahı olmaya olmaya quldur əlindən şəhid olub bu dünyanı həmişəlik tərk etdilər.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Adətən bura Dağüstü Park da deyirlər. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edib məzarları önünə əkil və gül çiçək qoyurlar. Burda ucaldılmış əbədi məşəl Bakının hər yerindən görünür, bu məşəl artıq Şəhidlər Xiyabanının bir simvolu olaraq tanınır. Daim yanan bu məşəl heç vaxt sönmür, bu da ondan irəli gəlir ki, şəhidlərin xatirəsi ölməzdi.

Nəsillər dəyişəcək, lakin vətən oğullarının xatirəsi ürəklərdə daima yaşayacaqdır və bu xatirə günü gündən böyüyəcək və heç vaxt unudulmayacaq. Şəhidlər müqəddəsdi, Şəhidlər ölməzdi, vətən uğrunda savaşanlar və vətən naminə canlarından keçən oğul və qızlarımız daima hər bir zaərbaycanlının qəlbində yaşayacaq və onların xatirəsi hər zaman xalq üçün ən uca və unudulmaz olacaq. Bizim bu günümüz üçün öz canlarını fəda etdilər bizim mərd, igid oğul qızlarımız. Onların qanı yerdə qalmayacaq.


# 1601 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #