Kimsə həyat yoldaşınızı əlinizdən alsa… MORFİ QANUNLARI

Kimsə həyat yoldaşınızı əlinizdən alsa… MORFİ QANUNLARI
17 yanvar 2013
# 08:45

Amerikalı mühəndis Edvard A. Mörfinin qanunlarından xəbərdar olmayan yoxdur. Adını ilk dəfə eşitmiş olsanız belə, bu qanunları oxuyanda mütləq barmağınızı dişləyəcəksiniz. Məsələn, “Əlimizdən yerə düşən şeylər yuvarlanaraq götürə biləcəyimiz ən çətin yerdə gedib dayanır”, “Yağlı çörək yerə düşsə, mütləq yağ olan tərəfi yerə dəyir” və s. bizə tanış olan onlarla belə “həyat qaydalarını” məhz Mörfi toplayaraq təqdim edib...

Mörfi kimdir?

Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazlardan birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozub. Bu uğursuzluqdan sonra Edvard Mörfi öz qanunlarını yazmağa başlayıb. Mörfinin təməl qanunlarından biri də elə bununla bağlıdır: “Bir işdə ki bir səhv etmə ehtimalı var, deməli, bu ehtimal mütləq baş tutacaq”.

Mörfinin əsas qanunları:

Həyatda ən gözəl şeylər ya qanundan kənardır, ya əxlaqsızdır, ya da kökəldəndir.

Qazdırsa, yol.

Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz ayaqqabıdır.

İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.

Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.

Əlindəki quşa başının üstündəkindən daha çox inan.

Gözəllik dərinin altına qədər gedir, çirkinlik sümüyə qədər.

Yarışda sürətli, döyüşdə qüvvətli olan həmişə qazanmır, amma sən yenə də onların tərəfini saxla.

Dostlar gəlib-gedir, düşmənlərsə yığışıb qalır.

Həll olunan hər problem yeni problemlər yaradır.

Tunelin sonundakı işıq, gələn qatarın işıqları ola bilər.

İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.

Özündən daha çılğın biri ilə heç vaxt yatma.

Qorxma, sonsuzluq irsi deyil, uşağına keçməz.

Qısa yol – iki nöqtə arasındakı ən pis və uzun yoldur.

Dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib çıxır.

Təmir vaxtı, mütləq əllərin yağlı olanda burnun qaşınır.

Biz nə qədər oxusaq da, müəllim oxumadığımız yerdən sual verir.

Axtardığımız şeyi ən axrıncı baxdığımız yerdən tapırıq.

Mörfinin qızıl qaydası:

Qızıl kimdədirsə, qanunu da o yazır.

Mörfinin evlilik qanunları:

Evliliyə başlamaq bitirməkdən daha asandır və günahkar həmişə tərəf müqabilinizdir.

Pul üçün evlənməyin. Yaxşı şərtlərlə borc verən minlərlə yer tapa bilərsiniz.

Evlilik əyləncəli bir şey olsaydı, nikahı qeydiyyat idarəsinin işçisi kəsməzdi.

Evli cütlüyün eyni mövzuda “bəli” dediyi yeganə yer nikah stoludur.

Evlilik gözəl bir münasibəti bitirməyin ən qısa yoludur.

“Sevgi və evlilik – at və araba kimi birlikdə gedir”. Axırıncı dəfə nə vaxt at arabası görmüsünüz?

Sevginin gözü kor ola bilər, amma evlilik insanın gözünü açır.

Partnyorlardan birinci yuxuya gedən həmişə ən çox xoruldayandır.

Nə vaxt və harda evlənməyinizi yadınıza sala bilərsiniz, amma niyə evləndiyinizi əsla xatırlamazsınız.

Hər uğurlu kişinin arxasında ədəbsiz bir qayınana var. Hər uğurlu qadının arxasında alçaldılmış bir kişi var.

Əlbəttə, televizorda 27863 seriyalı Braziliya seriallarına baxanda “evliliyin yaxşı getdiyinə” inancınız artır.

Əgər kimsə həyat yoldaşınızı əlinizdən alsa, ona edəcəyiniz ən böyük pislik birlikdə yaşamalarına icazə verməkdir.

Nağıllarda cütlüklər sevir, evlənir və ömürlərinin axırınacan xoşbəxt yaşayırlar. Ona görə də onlara nağıl deyilir...

# 8901 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #