Köşə yazarları

Online: 171

Şah İsmayıl anasını niyə öldürtdürdü?

Qələbəsi əbədi olan Xətai

Deyilənə görə onun 11 təxəllüsü olub.

Marks və Engelsin arxivində onun “işğalçı hökmdar” olduğu, 14 dövləti zəbt etdiyi barədə qeyd var.

İngilis filosofu Frensis Bekon onu “İran şahı” adlandırmışdı.


Amma o, tarixdə yalnız bir adla qaldı. Şah İsmayıl Xətai adıyla. O, 14 dövləti zəbt etməsəydi, onun torpaqları işğal olunacaqdı. Tarixi şərait bunu diktə edirdi: əzməsəydi, əziləcəkdi. Həm də bu “işğalçı hökmdar”ın kim olduğu, nələr etdiyi, tarixdə nə kimi rol oynadığı da gərək nəzərdən qaçmasın. Şərqdə Çingiz, Batı, Teymur geniş işğalçılıqları ilə tanınmamışdılar? Amma hər biri böyük dövlət yaratmışdı.

Rusiyada işğalçı hökmdarların adı bu gün böyük qürur hissiylə çəkilir. İvan Qroznı Qazan və Həştərxan xanlıqlarını, Sibirin bir çox torpaqlarını tutmamışdımı? I Pyotr azmı yerləri işğal etmişdi? I Aleksandr Gürcüstanı, Azərbaycanı, Finlandiyanı, Bessarabiyanı, Varşava hersoqluğunu tutdu.

İndi yunanlar İsgəndərlə, italyanlar Sezarla, monqollar Çingizlə, özbəklər Teymurla, fransızlar Napoleonla öyünmürlərmi? Onların törətdikləri qırğınların miqyası Şah İsmayılın etdiklərindən qat-qat artıq olub.

Bekon nədənsə səhvə yol vermişdi. Şah İsmayıl İran şahı deyildi, Səfəvi hökmdarıydı.

***

Bəzi mənbələrdə İrəvan şəhərinin adını orta əsrlərdə yaşamış Rəvanqulu xanın adıyla əlaqələndirirlər. 1509-1510-cu illərdə Şah İsmayıl öz vəziri Rəvanqulu xana həmin yerdə qala tikməyi tapşırır. Rəvanqulu xan burada 7 il ərzində bir qala tikdirir və qalaya Rəvan adı verir. Bu qala Zəngin çayının sahilində yerləşirdi. Rəvanın sonradan İrəvana çevrilməsi də maraq doğurur. İndinin özündə də bizdə bəzi adların əvvəlinə i hərfini artırırlar, yəni düzgün tələffüz edilməyən bəzi adlar istər-istəməz i hərfini qəbul etməli olur. Məsələn, Rza- İrza, Rəşid –İrəşid və s. Bu ad XX əsrin ortalarına kimi İrəvan kimi işlənirdi. Yalnız 1936-cı ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə İrəvanın adı dəyişdirilərək Yerevanla əvəz olunub.

Bütün bu faktlara əsaslanıb deyə bilərik ki, İrəvan şəhərinin bünövrəsi 1510-cu ildə Şah İsmayıl tərəfindən qoyulub və onun vəzirinin adını daşıyır.

***

Şah İsmayıl haqda ilk dəfə 22 yaşımda yazı yazmışam. Hacı Soltan Əlizadənin tarixi mənbələrlə zəngin olan “Xətaişünaslığa hədiyyə” kitabına ön söz yazanda vur-tut 23 yaşım vardı. Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanını isə orta məktəb illərində oxumuşdum.

***

15 yaşında onu hakimiyyətə aparan yolun sonunda ölümcül və rüsvayçı məğlubiyyət dayanırdı. 14 zəfərə imza atdı, amma səhvlərinin miqyası bu qələbələrdən qat-qat geniş idi... Bu səhvlər haqda danışacağıq. Amma bir məqama diqqəti çəkmək istəyirəm. Azərbaycan tamaşaçılarının əksəriyyəti “Möhtəşəm yüzyıl” serialını izləyir. Xatırlayırsınızsa, filmin ötən seriallarından birində Şah İsmayıl təhqir olunmuşdu. Saray toplantılarından birində Şah İsmayıl yaltaq kimi qələmə verilirdi. Guya Şah İsmayıl Sultan Səlimə yaltaqlıqla dolu məktub yazıb. Halbuki İskəndər Palanın “Şah və Sultan” romanında Şah İsmayılın Sultan Səlimə yazdığı məktubların kifayət qədər sərt, hətta bəzi hallarda təhqiramiz tonda yazıldığı qeyd olunur və həmin məktublardan nümunələr verilir. Romanı oxuyanlar yəqin ki, həmin yazışmalarla tanışdır. XVI əsrin diplomatik yazı tərzində yazılmış bu məktublar geniş araşdırma mövzusu ola bilər.

Bu məktublarda Sultan Səlim sünniliyi, Şah İsmayıl isə şiəliyi kəskin müdafiə və təbliğ edirdilər. Beləliklə, daim islam birliyinə qarşı çıxan xristian hökmdarların dəyirmanına su tökür, özləri də hiss etmədən bir-birlərini zəiflədirdilər.

Serialda Şah İsmayıl şah kimi deyil, əmir kimi təqdim olunur. İraqın yarısı, Türkiyənin bir hissəsi, Ermənistan və Dərbəndə kimi bütün ərazilər onun hakimiyyəti altında idi. Bu qədər əraziyə sahib olan bir şəxs əmir ola bilərdimi?

İsgəndər Palanın romanında da Şah İsmayıl qəddar, qaniçən, öz anasını öldürtdürən, sünniləri qaynar yağ qazanına atan bir müstəbid kimi təsvir olunur. Şah İsmayılın məhz bu səhvindən indi də özünə qarşı istifadə olunur.

Şah İsmayılın ana babası Uzun Həsənin hakimiyyəti dövründə sünnilik geniş yayılmışdı, bu məzhəb rəsmən qəbul olunmuşdu. Ancaq şiələr sıxışdırılmırdı. Əksinə, Uzun Həsən hər iki məzhəbə qulluq edənləri birləşdirməyə çalışırdı. O, öz qızı Martanı şiəliyi təbliğ edən Səfəvilərin başçısı Şeyx Heydərə vermişdi. Şərqdə Aləmşahbəyim kimi tanınan bu qadın Şah İsmayılın anası idi. Məhz bu qadın dəfələrlə sarayda oğlunun sünnilərə qarşı genosidinə qarşı çıxmışdı və onu bu dəhşətli fikirdən daşındırmağa çalışmışdı. Amma Şah İsmayıl şiə təriqətinin bərqərar olması naminə anasını da qurban vermişdi... Buna və digər səhvlərinə görə tarix Şah İsmayılı heç vaxt bağışlamayacaq...

İslam dünyasını bir məzhəbdə birləşdirmək istəyi onun ən dəhşətli səhvi idi.

Amma İsmayıl məşhur rəssam Kəmaləddin Behzadı sarayda kitabxana rəisi təyin etmişdi, Həbibiyə məliküşşüəra (şairlər başçısı) rütbəsi vermişdi. Bütün istedadlı insanları-şair, sənətkar, alim, rəssam və nəqqaşları saray ətrafında toplayıb onlara qayğı göstərmişdi.

Həsən bəy Rumlu “Əhsənüt-təvarix” əsərində Şah İsmayılın ova çıxması haqda belə yazır: “Hər kəs şir sorağı gətirsə, ona yəhərli at bağışlayardı. Pələng sorağı gətirənə yəhərsiz at. Təklikdə gedib şir və pələng ovlardı”. Eyni mənbədə Şah İsmayılın son dərəcə əliaçıq olduğu, xəzinəsinin də buna görə çox vaxt boş olduğu deyilir.

Bu fikirlərin nə dərəcədə həqiqətə uyğun olduğunu demək çətindir. Amma onun sinəsindəki söz xəzinəsi nə vaxtsa boş oldumu? Olmadı.

O, qılıncının bir zərbi ilə topun lüləsini yarıya bölmüşdü. Sultan Səlim ondan həmin qılıncı istəmişdi və Şah həmin qılıncı Sultana yollamışdı. Sultan demişdi ki, bu, o qılınc deyil. Şah isə tarixin yaddaşından silinməyəcək bir söz işlətmişdi:

“Qılınc o qılıncdır, qol o qol deyil!”

Sonra Sultan Səlimə məktublarından birində yazmışdı:

“Məmləkət gəlinini o şəxs möhkəm quca bilər ki, sivrilmiş qılıncın dodağından öpə”.

O, həmin qılıncın dodağından öpdü, acısı şirinindən çox, möhnəti feyzindən artıq, ələmi nəşəsindən ziyadə bir ömür yaşadı...

Şah kimi də çox hünərlər göstərdi. Amma onun ən böyük hünəri oydu ki, ölməz sənət incilərini, zərif, aşiqanə qəzəllərini ana südü kimi saf, doğma Azərbaycan dilində yaratdı. Halbuki Şeybani xan da, Sultan Səlim də soykökü etibarilə türk olsalar da şeirlərini farsca yazdılar.

Xətai Şərqdə əsrlər boyu davam edən bu qeyri-sağlam ənənəni kökündən laxlatdı.

Şah kimi məğlubiyyətin acısını dadsa da şair kimi qalib oldu. Çox xətalar etdi, hətta bağışlanmaz xətalar... Amma xidmətləri də az olmadı.

“Mənim yolumda qovğalar gərəkdi...” deyirdi şair Xətai. “Məmləkət gəlinini qucması” üçün onun yolunda çox qovğalar oldu. Amma son anda meydanı yaralı və məğlub görkəmdə tərk etdi... Çaldıran düzündə onun ulduzu söndü...

Amma Xətainin qələbəsi əbədidi.

 

Yazar

Kənan HACI

Oxunub

13459 dəfə

Şərh yaz Şərhlərinizdə dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməməlidir. Bu tələblərə cavab verməyən şərhlər yayımlanmayacaq..
Adınız
Email
Kod

Şərhlər ( 31 ədəd )

Tural Şah İsmayıl bu torpaqlar üzərində böyüyən, mübarizə aparan və bu torpaqlarda haqqın rəhmətinə qovuşaraq Azərbaycan adını simgələyən bir isimdi.xahiş edirəm onun barəsində yazanda diqqətli olasınız. yuxarıda da qeyd olunduğu kimi türklər (qardaşlarımız olsalarda həqiqəti demək məncə xətirlərinə dəyməz) övlad qatili olan bir atanı böyük sultan kimi təsvir edirlər, milyon dollarlar sərf edib kinolar dizilər çəkirlər,lakin biz dilimizin və torpağımızın qoruyucusu olan böyük bir insanı tənqid etmək cəsarətinə gəlirik, bir də üstünə şər atırıq ana qatili kimi təqdim edirik.ayıb olsun sizə, ayıb olsun ki, deməli yüz illərdir ki bu torpaqlarda var olmaq və gələcəyimizi qorumaq adına aparılan mübarizələr və verilən canlar sizin üçün bir dəyər ifadə etmir məgərsə. bu gəncliklə hara gedirik görəsən? Tariximizə və var olduqlarımıza sahib çıxaq, insanlarımıza sahib çıxaq, şəxsiyyətlərimizə sahib çıxaq zəhmət olmasa. insan kimisə sevəndə onu tənqid edirimi ki, üzün belədi əlin belədi? hə? xeyir əlbətdə sevən hər yönüylə hər halıyla sevir sevdiyini."Gülü seviyorsan dikenine katlanacaksın" deyirdi Yunus Emre. bəli, sevək tariximizi, sevək və sevdirək övladlarımıza, gələcəyimizə millət olaraq.
Ramzes SHAH ISMAYIL oguldu ogullllll
YağışdaÇimÇim İsgəndər Pala Osmanlı mənbələrinə uyğun yazır Osmanlı mənbələri də İsmayılı ləkələçək üçün hər şeyi yazırlar nə oldu elə İsmayıl pis oldu?
roma Sah Ismayil Xetainin anasini oldurmesi ile bagli ancaq son zamanlar Turkiye metbuatinda yazilar gedir. Bizim elimizde olan hec bir senedde bu barede hec ne yoxdu. Bu yazilan yazi da sadece yaxin gelecekde Xetaini dusman elan etmek ucun basdirilan bir toxumdu. Yalandan bu kimi xeberler yazib, sonda Xetaini dusman elan etmek. Eger Xetai ermeni olsaydi, indi Irevanda ermeniler ona qizil heykel qoyub, butun dunyada genosid meselesinden el cekib, Xetainin butun etraf erazilere hakim oldugunu deyerdiler. Sonra da saga-sola hurerdiler. Xetai bize dovletciliyi, dilimizi, medeniyyetimizi yeniden qaytardi. Nehayet ki, Azerbaycan adinda olan bir neheng cografi mekani bir ovuca yiga bildi. Ne ondan evvel, ne de ondan sonra hec vaxt bu qudretde bir dovletimiz olmayib, bu cur icimizden bize dagidan "soz sahibleri" oldugu muddetce de cetin ki de olsun. Evvel Babek indi Xetai qaralanir. Gorek indi novbede kim var????
NATIQ(mehman) ADAM Dağlılara ona görə dağlı deyirlər ki o sizi kimi yalançı, satqın , adamları dağlayıb və onlara dağ çəkiblər.
Ulker SHAH ISMAYIL ANASINI OLDURTMEYIB! DAHI SEXSLER HAQQINDA YAZANDA BIRAZ EHTIYATLI OLUN.CILIZLASMAYIN...
NATIQ Kənan Hacı İsgəndər Palanın tarixi romanı nə vaxtan tarixi mənbə olub. ÇOX Təsüf ki bizim ziyalilar və dırnağ arası tarixçılərin bəziləri yəni Bir nəçəsi o cumlədən YAQUB MAHMUDOV –un sah İSMAYILA FƏRDİ OLARAQ münasibəti NATAMAM mənfi olduğu üçün bu cür infarmasiyaları hətta azərbaucan dərsliklərinədə salib. DIRNAQ ARASİ TARİXÇİ olan YAQUB Mahmudov buna bənzər məlumatlari bizim dərsliklərə də VERİB. .İNDİ müasir dövürdə BU Azərbaycan tarixçilərinin bir –ikisi ilə mənim şəxsən AZ .elimlər.akadem. şəxsən söhbətim olub.Onlarnan söhbətdən məlum olub ki onlarin əsaslandığı faktlar hamsı osmanlı mənbələrıdır. ÇOX uzağa Getməyək . PANTÜRKİST AXC- hakimiyyəti 1992-Cİ İLdə tarix dərslikləri buraxmışdılar ki həmin dərsliklədə göstərilmşdir ki Soltan SƏLİM bizi fars əsarətindən qurtarmaq üçün SƏFƏVİLƏRƏ hücum edib .Həmçinin SAN İSMAYIL- barədə dıgər böhtanlar yazilmışdır.BU DƏRSLİKLƏRİN də müəllifi türk tarixçiləri idi . ALLAH TALA BİZƏ ağil verib.. BƏS... sənin.. məntiqin ANAsi ölərkən ŞAH Ismayl MƏGƏR 2 yaşinda hakimiyyətdə idi.ƏGƏR 2 yaşlı uşaq anasina bu cür nifrət edib öldürübsə onun qəbri üstə niyə möhtəşəm Kompleks ucalddıb. Ismayilin Anasinin qəbrı Ərdəbildə MÖHTƏŞƏM ALLAH-ALLAH TÜRBƏSİNİ yanindadir.QƏBİR üstə bu sözlər yazilmışdir....BU XEYİRXAH TƏMİZ ŞƏXSLƏRİN ƏN HÖRMƏTLİSİ, GÖZƏL XİLAFƏTİN MAYASİNİN ƏSASI,HAKİMİYYƏT, DUNYA VƏ DİNİN , İSMƏTİ OLAN XAQAN XANDİR-ALLAH TALAH ONA RƏHMƏT ELƏSİN.HİCRİ-QƏMƏRİ 967-Cİ ildə ALLAH onu CƏNNƏT BAĞİNDA SAKİN ETDİ.Məndə bir daha deyirəm ALLAH ONA RƏHMƏT ETSİN...İNDİ İslam tarixindən xəbərin varsa Hicri-qəməri tarixini miladi tarixinə cevir gör neçənci ilə təsadüf edir və bax ğör şah ismayıl nə vaxt dünyay gəlib.Ondan sonra İsgəndər Palanın tarixi romanından stat gətirərsən....
Zohrab Böyük tarixi şəxs haqda yazdıqda əlbətdəki çox ehtiyatlı olmaq lazımdır. Siz haqda yazdığınız insan böyük torpaqlar zəbt etmiş, Səfəvilər dövlətinin şahı, böyük siyasi xadim olub. Şah İsmayıla "səhv" sözü ilə xitab etmək bizlərin işi deyil. Birinci sünni genosidi yazırsız, amma, təəsüf ki, o vaxtlar sünni-şiyə münasibətlərindən xəbəriniz yox idi. O vaxtı sünni şiyəyə, şiyə isə sünniyə kafir kimi baxırdı. Kafirin İslam da hökmünün nə olduğunu məncə bilirsiz. Belə təqdirdə sizə onlarla şiyə genosidi də sadalaya bilərəm. Özünüz buyurursuz ki, əzməsə əziləcəydi. Bu da həmin məsələlərdən idi. Türklər bir qadının toruna düşüb öz oğlunu, ən yaxın dostunu öldürən...nədənsə heç bir səbəb olmadan Ukrayna işğalını ləğv edib (müsəlmana) Azərbaycana tərəf çönən şahı haqda pullar töküb yalan dolu (təriflərlə) kino çəkir biz isə onun bunun təsiri altında Öz nəhəng tarixi şəxsiyyətimizi məhkum etməkdən (papaya işləyirdi nədi...bişmiş toyuğun gülməyi gələr buna) çəkinmirik. Belə şeylərə görə torpaqlarımız artmaqdansa azalır. Çünki öz qədrini bilməyənin heç kim (özdə əyər düşməndisə) qədrin bilməz.
renat Bizim bir millet kimi formalasmagimizda,dilimizin inkisafinda Sah Ismayilin əvəzsiz rolu olmusdu.Bu bir tarixdi.Elbette millet olarag Sah Ismayyilla fexr etmeliyik.Amma boyuk insanlarin da boyuk sehvleri olur.Sah Ismayilin en boyuk sehvlerinden biri mezhebcilik davasi bu yolda oz anasini qurban vermesidir.bu bagislanilmaz sehvdi.Sonradan bu yolu davam etdiren Sah Abbas da sunni mezhebine mexsus insanlara divan tutmusdu.Eslinde bizlere qilinc muselman terminini xarici quvveler Islami gozden salmag ucun deyibler.Tarixe nezer saldigda hec kim qilinc zoruna muselmanciligi qebul etmemis .Misal Turk hokmdari Islami oz isteyi ile qebul edib dovletin resmi dini elan etmisdi
Vahid Yazıya görə təşəkkürlər.. Amma digərləri kimi məni də bu çox maraqlandırır ki, hansı tarixi mənbə Şahın öz anasını öldürdüyünü göstərir?!! Ermənilərin bir "qəhrəmanı" var: II Tigran.. Erməni tarixçiləri bu yerdən bitmə adam haqqında cild-cild kitablar yazır və hamısı da əsassız.. Kitabın birində Tigran Makedoniyalı İsgəndəri məğlub edir, digərində Parfiyanı özünə tabe edir.. Halbuki tarixi oxusaz görərsiz ki, İsgəndərlə Parfiya arasında bir insan ömrünün sığmadığı qədər vaxt fərqi var.. Nəysə demək istəyirəm ki, öz tarixi şəxsiyyətlərimizi ən birinci şərhdəki kimi əsassız tənqid və təhqir etməklə biz heç nəyə nail ola bilmərik... Hörmətli "adam", Şah İsmayıl Papaya işverənlik eliyəndə sən ona şam tuturdun ki,indi də mənasız şərh yazırsan? Ayıbdı....