"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video

"Titanik" filmi ilk dəfə 1943-cü ildə çəkilib - Fakt - Video
4 fevral 2020
# 13:49

Bütün dünya bu günə qədər “Titanik” haqqında yeganə filmin 1997- ci ildə Ceyms Kemeronun lentə aldığı - Leanardo Di Kaprio və Keyti Vinsletin rol aldığı film olduğunu zənn edirdi. Lakin filmin ilk versiyası 1943-cü ildə nasist Almaniyası tərəfindən təbliğat məqsədi ilə çəkilib.

Kulis.az xəbər verir ki, 1943-cü ildə çəkilən “Titanik” filmində kapitalist rəhbərlər Titanikin sahibi olan “White Star Line” şirkətinin hissələrini manipulyasiya etməyə çalışırlar. Bir tərəfdən, də gəmiyə sürət rekordu qırdıraraq Nyu-Yorka gətirib şirkətin hissələrini artırmağı planlaşdırırlar. Bu arada gəmidəki köməkçi alman kapitanı tez-tez gəmi ekipajına, “Bu çox risklidir, insanların həyatını təhlükəyə ata bilmərik” deyə xəbərdarlıq edir, amma insanlar, “Sən almansan, ingilislərin rekord qırmasına paxıllıq edirsən” deyib əhəmiyyət vermirlər.

Titanikin batacağı gün, alman kapitan köməkçisi hələ də gəminin çox böyük təhlükədə olduğunu desə də, gəmidəki şirkət idarəçiləri, “Bu gəmi bata bilməz. Əgər geciksək hissələrimiz əldən çıxacaq”, deyirlər. Sonra isə məlum fəlakət baş verir.

Bundan başqa filmdə gəmidə varlıların lüks həyat sürərkən, işçilərin onlara xidmət etməsi də olduqca gözəl təsvir edilib. Bu filmdəki sevgi hekayəsi qonaqlara xidmət göstərən iki xidmətçi arasında baş verir.

Filmin ideyası nasist Almaniyasının təbliğat naziri Cozep Qobles tərəfindən ortaya atılıb. Filmdə əsasən 3 mövzu üzrə təbliğat aparılır; ingilis və alman kapitalistlərin mənfəət uğrunda insanların həyatını riskə atması, gəmidəki qəhrəman alman zabitinin hamıya rəğmən gəmini xilas etməyə çalışması, alman film çəkilişinin üstünlüyü.

Gallery

Bu filmdə dövrə görə, çox az filmdə mövcud olan bir çox texnikadan istifadə edilib və keyfiyyət olaraq olduqca mükəmməl bir iş ortaya çıxarılıb.

Film o dövrlər nasist işğalı altında olan Polşanın şimalındakı Baltik dənizində çəkilib. Çəkilişlərdə istifadə edilən dövrün sərnişin gəmisi olan “SS Cap Arcona”nın olduqca kədərli bir hekayəsi var. Əvvəlcə sərnişin gəmisi olan bu gəmi, sonralar yük gəmisi kimi istifadə olunub. Müharibə vaxtı isə əsirlərin içində daşındığı dəniz həbsxanasına çevrilib. İngilislər tərəfindən vurulan gəmi içindəki 5 min əsirlə birlikdə bataraq Titaniklə təxminən ortaq taleyi yaşayıb.

Gallery

Film Almaniyadakı kinoteatrların heç birində nümayiş olunmayıb. Filmin nümayişi ən çox nasist işğalı altındakı Fransa, Çexiya, Avstriya kimi ölkələrdə həyata keçirilib. O dövrdə müharibə şəraitində olan Almaniyanın şəhərləri tez-tez bombardıman altında olduğu üçün alman xalqına bu qədər xaos və ölüm ehtiva edən bir filmin göstərilməsi münasib hesab olunmayıb. Film İkinci Dünya müharibəsindən sonra Şərq ölkələrində və Rusiyada populyarlıq qazanıb. Bunun səbəbi isə filmdəki anti-kapitalist təbliğat ünsürlərinin olmasıdır.

# 6608 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #