Foto müsabiqəsinə start verilib

Foto müsabiqəsinə start verilib
31 yanvar 2020
# 19:10

Bakı Fotoqrafiya Evi 3-cü foto müsabiqəsinə start verib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən (DTMQİ) APA-ya verilən məlumata görə, müsabiqədə yaşı 16-dan yuxarı olan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.

"İçərişəhər" DTMQİ və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə təşkil olunan müsabiqəyə fotoşəkillər fevralın 28-dək qəbul olunur, sərginin açılışı və mükafatlandırma mərasimi isə martın 5-də baş tutacaq.

Tələblər:

Faylın uzun hissə üzrə ölçüsü 1500 piksel;

Fayl JPEG formatında olmalıdır;

Şəkillərdə su işarələri/müəllif hüquqları/loqotiplər olmamalıdır;

Fotoşəkillər çərçivəsiz olmalıdır;

2016-cı ildən gec olmayan fotoşəkillər qəbul olunacaq;

Digər müsabiqələrdə və ya əvvəlki "Baku Photo" müsabiqəsində qalib gəlmiş fotoşəkillər qəbul olunmur.

Müsabiqəyə insan fəzada, memarlıq, urbanistika nominasiyaları üzrə işlər qəbul olunur. Hər bir nominasiyanın qalibi 1000 manat məbləğində pul mükafatı qazanacaq. Qaliblərin və finalçıların fotoşəkilləri Bakı Fotoqrafiya Evində sərgidə nümayiş olunacaq. Qaliblərə müsabiqədə iştiraka dair diplomlar təqdim olunacaq.

Fotolar [email protected] elektron ünvanına göndərilməlidir. Məktubun mövzusu hissəsinə "ARXİFOTO" sözü, məzmunda isə nominasiya qeyd olunmalıdır.

# 1383 dəfə oxunub

Oxşar xəbərlər

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
Con Lennonun itmiş gitarası tapıldı

Con Lennonun itmiş gitarası tapıldı

15:00 25 aprel 2024
“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

14:30 25 aprel 2024
Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

14:00 25 aprel 2024
Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

13:48 25 aprel 2024
"Dedpul" filminin yeni treyleri - Video

"Dedpul" filminin yeni treyleri - Video

13:30 25 aprel 2024
#
#
# # #