Opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

Opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək
19 fevral 2020
# 14:29

Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Kulis.az-a bildirilib ki, səhnə əsərində əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov (Marsel) dəvət edilib.

Operada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış edəcəklər.

Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.

# 1562 dəfə oxunub

Oxşar xəbərlər

Bu gün Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günüdür

Bu gün Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günüdür

11:30 23 aprel 2024
Təcili əməliyyat olunan Hasan Can Kayanın ilk açıqlaması

Təcili əməliyyat olunan Hasan Can Kayanın ilk açıqlaması

11:00 23 aprel 2024
“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

10:40 23 aprel 2024
Almaniya prezidenti Orxan Pamukla Məsumiyyət muzeyində

Almaniya prezidenti Orxan Pamukla Məsumiyyət muzeyində

10:21 23 aprel 2024
Xalq yazıçısı Elçin əməliyyat edildi

Xalq yazıçısı Elçin əməliyyat edildi

21:34 22 aprel 2024
Mikayıl Azaflının şeirləri yeni kitabda

Mikayıl Azaflının şeirləri yeni kitabda

18:30 22 aprel 2024
# # #