Gördüyümüz Nizami ağcabədili axund imiş – Maraqlı fakt

Gördüyümüz Nizami ağcabədili axund  imiş – Maraqlı fakt
28 yanvar 2020
# 11:35

Nizaminin məşhur portreti ağcabədili axunda baxaraq çəkilib.

Kulis.az xəbər verir ki, 1939-cu ildə Azərbaycan SSR MK tərəfindən Nizami Gəncəvinin 800 illik yubileyi keçirilməsi qərara alınıb. Amma bu yubileydə Nizamini əyani surətdə canlandıracaq hər hansı şəkli olmur. Buna görə də müsabiqə elan olunur, ədəbiyyatşünaslar, tarixçilər və rəssamlar işə cəlb olunur.

Müxtəlif variantlarda Nizaminin portretini çəkirlər. Nizamişünas Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxmini necə olduğunu dedikdən sonra Üzeyir Hacıbəyov deyir ki, "Siz dediyiniz parametrlərdə Ağcəbədidən bir axund tanıyıram". Həmin axunda Tarix Diyarşünaslıq Muzeyindən alınmış geyimlər geyindirildikdən sonra, rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini yaradaraq, müsabiqənin qalibi olur.

Portretin çəkilişinə Xalıqovu öz məsləhətləri ilə Y. Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı ilhamlandırılıb və təşviq ediblər.

Əsər hazırda Bakı şəhərində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əsərin ikinci nüsxəsi Gəncə şəhərində, Gəncə Tarix Diyarşünaslıq Muzeyindədir. Bu portret Xalıqovun ciddi yaradıcılıq nailiyyəti hesab olunur.

Portretdə Nizami dizində kitab tutmuş şəkildə təsvir edilib. Sənətşünas N. M. Miklaşevskaya qeyd edir ki, tünd rəng koloritinə baxmayaraq, nəcib üz quruluşu və xarakterik baş geyimi, həmçinin ciddi geyim xətləri ilə insanı cəlb edir.

Məşhur şərqşünas və nizamişünas alim Yevgeni Bertels bu portret haqqında qeyd etmişdir ki, "portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi”.

Əslində Nizaminin siması və görünüşü haqqında tarixi mənbələrdə məlumat yoxdur. Sözügedən portret o dönəmin şeyx görkəminə uyğun təxminən hazırlanıb. Ermitajda qorunan bir qədim mis qabın üzərində XII əsrin 3 böyük şəxsinin rəsmi həkk olunub. O şəxslərdən birinin Nizami olduğu qeyd edilir. Bu informasiyaya inansaq, Nizami cılız, saçı tökülmüş bir şəxs olub.

Gallery

# 5516 dəfə oxunub

Oxşar xəbərlər

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
# # #