Uşaq qalmaq istəyirəm... - 11 yaşlı Nərmindən şeirlər

Uşaq qalmaq istəyirəm... - 11 yaşlı Nərmindən şeirlər
27 yanvar 2020
# 18:07

Kulis.az Texniki Humanitar Liseyin 6-cı sinif şagirdi Nərmin Əzimzadənin qısa şeirlərini təqdim edir. Qeyd edək ki, Nərmin tanınmış yazar Sevinc Elsevərin qızıdır.

Hayao Miyazakinin anime qəhrəmanlarına…

Bir gülümsəməmlə
Çiçəklər açar qəlbində.

***
Eşq mutlu baxışların arxasındakı
Göz yaşlarıdır

***
Axşam sən gülləri
Qoxlarkən
Qısqandım mən
Saçımı qoxlaman üçün
Gülləri saçıma taxdım

***
Ağlamağı kəs
Gülüşün gözlərindəki yaşlardan
Daha dəyərli

***
Mən axmaq deyiləm
Sadəcə cəsarətliyəm.

***
İnsanlar iki önəmli şeylə
Bəslənirlər, özlərinə inam verirlər
Bir mutluluqla, bir yeməklə
Kilonuzdan qorxmayın
Yeyin doyunca

***
Adını telefonuma yazdım
Bir gün özümün kim olduğumu unudarsam
Baxmam üçün

***
Ən sevdiyim nəğmə
Səninlə başlayır
İlk notları: sən və mən

***
Günəşmi daha gözəl sənmi, bilmədim
İkinizi də parıltınız üzündən
Görə bilmirəm sonucda

***
Bu boyda böyük bir həyata
Balaca bir gülümsəmə sığa bilməzmi?

***
Bir yağmur kimidir mutluluq
Anidən kəsir

***
Bu gün musiqim sən olacaqsan
Notları da gözlərin...

***
Bu da mənim məktəbim
Xoşbəxtliyi öyrədir...

***
Hər kəsin qəlbi vardır
Pislərin də

***

Pişiyim, kaş ki hər kəs məni
Sənin qədər sevsəydi

***

Nə zaman həyatıma
Bahar gələcək?

***

Hər gün saçımı kəsirəm
Sənə bənzəməmək üçün

***
Həmişə uşaq qalmaq istəyirəm

***

Soyuq bir qış gecəsisən mənimçün

***
Dəniz kimi gözlərin varkən
Niyə hər kəs səni deyil
Dənizi sevir?

***

Sevərdim mən çiçəkləri
Sarını sevərdim
Yəni saçlarını

***

Səni çəkirəm
O mavi gözlərini

***
Dondurdu qəlbimi bu qar

***
Sevirəm
Ormanda səni tapmağa çalışmağı
Və gəlməməni

***

Niyə qaranlıq səni xatırladır mənə?

***

Yağmursan sən
Kirli qəlbimi yuyursan

***

Bağça olsan
Çiçəyin olaram sənin

***

Bu gün səninçün
Skripka çalacam
Sənin üçün danışacam
Sənin üçün yaşayacam
***
Mutluluq üçün
Bir çiçək yetmirmi?

***
Kaş ki hər gün gülə bilsəydik.

***
Ey sevgi, məni bu səmadan
Sənmi ayıracaqsan?

***
Mutsuz deyiləm
Sadəcə üzgünəm...

***
Eşq bir qəhvədir
Bəzən acılı, bəzən şəkərli içərsən.

Gallery

# 3399 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #