Xalq artistinin xatirəsi yad edilib

Xalq artistinin xatirəsi yad edilib
24 yanvar 2020
# 09:49

Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində məşhur klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşan gecədə əvvəlcə sənətkarın həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.

Gecədə sənətkarın həyat və yaradıcılığından söz açan sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Bildirib ki, əslən balaxanılı olan Vəli Qədimov 14 yaşında tibb işçilərinin mədəniyyət evində Xalq artisti Zeynəb Xanlarova ilə işləməyə başlayıb.

1956-cı ildə məşhur müğənni Sürəyya Qacar onu indiki filarmoniyaya dəvət edir. O, 1970-ci ildə Baba Salahovun, 1983-cü ildə isə Xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı klarnet ifaçısı kimi fəaliyyət göstərib. Vurğulanıb ki, Xalq artisti Azərbaycan musiqisini ölkəmizdə və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

İfaçılığı ilə bütün dünyanı gəzən Vəli Qədimov 1987-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

2009-cu il aprelin 15-də uzun sürən xəstəlikdən sonra vəfat edən sənətkarın xatirəsi onu sevənlər tərəfindən daima əziz tutulur.

Xalq artistləri Aftandil İsrafilov, Ramiz Quliyev və digərləri çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər.

Tədbir konsert proqramı ilə davam edib.

Konserti Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə AzTV-nin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edib.

Gecədə Xalq artistləri Teyyub Aslanov, Ramiz Quliyev, Əməkdar artistlər Nuriyə Hüseynova, Akif Qürbətov, Təhmiraz Şirinov tərəfindən bir-birindən rəngarəng ifalar səsləndirilib.

# 1723 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
# # #