“Bu şəhərdə”nin konsertinə icazə verilmədi

“Bu şəhərdə”nin konsertinə icazə verilmədi
22 yanvar 2020
# 16:13

“Bu şəhərdə”yə Sumqayıtda konsert verməyə icazə vermədilər.

Kulis.az xəbər verir ki, bu barədə “Bu şəhərdə” prodakşının prodüseri və ssenaristi Müşviq Abbasov öz "Facebook" profilində yazıb.

O bildirib ki, Sumqayıt İcra Hakimiyyətindən icazə verilmədiyi üçün Sumqayıtda planlaşdırılan konsert baş tutmayacaq:

“Mart ayının 1 və 2-si "Bu şəhərdə"nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq. Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və s. şəhərlərdə biz və ya kimsə konsert verəndə həmin şəhərin İcra Hakimiyyətindən icazə almağına ehtiyac yoxdur, sadəcə, konsert keçirəcəyin zal ilə danışılır, Sumqayıtda isə mütləq İcra Hakimiyyəti icazə verməlidir.

Bizə, dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən "Bu şəhərdə"yə Sumqayıtda konsertə icazə vermədilər.”

# 14794 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
#
#
# # #