Ankarada Nəsimi ili bağlandı

Ankarada Nəsimi ili bağlandı
16 yanvar 2020
# 09:43

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Ankara şəhərində yekun mərasim keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri və ölkəmizin Ankaradakı səfirliyi tərəfindən təşkil edilən mərasim “Nəsimi-2019” ilinin bağlanışına, eləcə də görkəmli kinorejissor, ssenarist Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunub.

Mərasimdə rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, nəsimisevərlər iştirak ediblər. Görkəmli kinorejissor Həsən Seyidbəylinin film yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub. TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabının təqdimatından sonra “Nəsimi” filmi göstərilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin məlum sərəncamı əsasında 2019-cu ilin Nəsimi ili elan edilməsi münasibətilə Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər, kitab təqdimatları, o cümlədən tamaşalar göstərilib.

# 1483 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #