“Ayna” filminin ssenarisi satıldı

“Ayna” filminin ssenarisi satıldı
12 dekabr 2019
# 10:20

“12-ci stul” hərrac evində rejissor Andrey Tarkovskinin “Ayna” filminin ssenarisi satılıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin dəyəri 650 min rubl təşkil edən filmin ssenarisi 1, 2 milyon rubl dəyərində satılıb.

Ssenari Volodya adında birinə avtoqrafla bağışlanıb. Volodya filmin istehsalında vacib şəxslərdən biri olub. Onun sözlərinə görə, “Mosfilm” hər bir film çəkilişi üçün təxminən 110 nüsxə ssenari çap etdirirdi. Amma bu xüsusi nüsxədir.

Xatırladaq ki, “Ayna” Tarkovskinin açar filmlərindəndir. Etiraf-film mürəkkəb assosiativ sıra və obrazlar üzərində qurulub. Filmin Oleq Yankovskinin oynadığı qəhrəmanı yaxınlarının anlayış və sevgisini itirməkdən çox qorxur. O anlayır ki, həyat onları bir-birindən uzaqlaşdırır.

# 1904 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
#
#
# # #