Beynəlxalq Festivalda Milli Qəhrəmanımız haqda film nümayiş olundu

Beynəlxalq Festivalda Milli Qəhrəmanımız haqda film nümayiş olundu
11 dekabr 2019
# 14:20

İsraildə “Near Nazareth Festival” (NNF) Beynəlxalq Kinofestivalının yeddinci mövsümü Azərbaycan kinematoqrafçılarının filmlərinin nümayişi ilə açılıb.

Kulis.az xəbər verir ki, ənənəvi olaraq Kinofestival "Аzİs" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiya ilə birgə keçirilir. Festivalın direktoru Liliya Bermanın qeyd etdiyinə görə bu Azərbaycan kinematoqrafçılarının aktiv iştirakı və İsrail tamaşaçılarının onların işlərinə böyük marağı ilə əlaqələndirirlir.

Festivalda tamaşaçılarının diqqətini çəkən filmlərdən biri də “Albert Aqarunovun həyatı və qəhrəmanlığı” sənədli filmi olub.

Filmi Azərbaycan əsilli İsrail rejissoru Səadət Şükürova çəkib. Bu qısametrajlı sənədli filmdə Azərbaycanın kiçik kəndi Əmircanda böyük və mehriban ailədə doğulan yəhudi oğlanın - Albert Aqarunovun həyatından, müharibə başlandığı zaman düşünmədən vətəni erməni işğalçılarından qorumağa getməsindən bəhs edilir.

Filmdə vacib məqamı Aqarunovun döyüş yoldaşlarının xatirəsi tutur. Onlardan hər biri öz xatirələrini bölüşür və eşidilənlərdən Aqarunovun unikal xüsusi bir insan olduğunu anlamaq olar.

Həmçinin filmdə Aqarunovun öz tankının üstündə verdiyi məşhur müsahibəsi də yer alıb.

Tankçının şücaətləri insanların qəlbində ömürlük qalacaq. Azərbaycan xalqı Milli Qəhrəman Albert Aqarunovu xatirəsini əziz tutur və onu hər zaman yad edir. /day.az/

# 1134 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
# # #