Bakıda III Eksperimental Teatr Festivalı keçirildi

Bakıda III Eksperimental Teatr Festivalı keçirildi
11 dekabr 2019
# 11:38

Dekabrın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan “2+1” III Eksperimental Teatr Festivalının bağlanış mərasimi olub.

Tədbirdə Xalq artisti Hacı İsmayılov çıxış edərək festival barədə məlumat verib. Bildirib ki, Abbas Mirzə Şərifzadə adına Aktyor Evində baş tutan festival doqquz gün davam edib və bu günlər ərzində bir-birindən maraqlı 18 tamaşa oynanılıb.

Qeyd edib ki, festival çağdaş dövrümüzdə teatrların necə inkişaf etməsini, yeni düşüncə tərzini, yeni formaların səhnəyə gəlişini tamaşaçılara çatdırmaq məqsədi daşıyır.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov bildirib ki, ölkəmizdə belə festivalı keçirməklə bir addım irəli getmiş oluruq. Bununla kifayətlənməyib tamaşalarımızı beynəlxalq festivallarda təbliğ etməklə yanaşı, xarici teatrları da ölkəmizə dəvət etməliyik.

Ötən əsrin 90-cı illərinin Azərbaycan teatrı üçün çətin bir dövrün olduğunu deyən A.Nemətov deyib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı o vaxtlar teatrlara böyük dəstək olub, onları tənəzzülə uğramaqdan qoruyub. Qeyd edib ki, dövlət başçımızın müvafiq sərəncamları ilə teatrlarımız təmir olunub, onların maddi-texniki bazası möhkəmləndirilib.

Sonra Gəncə Dövlət Kukla Teatrı “Düyməcik”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Boksçu”, Ağdam Dövlət Dram Teatrı “Kimdir müqəssir”, Qusar Dövlət Ləzgi Dram Teatrı “Üç gün, üç gecə”, Bakı Uşaq Teatrı “Ballı” tamaşalarına görə fəxri diplomlarla təltif olunub.

Qeyd edək ki, diplom alanlar sırasında özəl teatrlar da olub. /azertag.az/

# 1337 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
# # #