Ərdoğandan Orxan Pamuka terrorist ittihamı

Ərdoğandan Orxan Pamuka terrorist ittihamı
10 dekabr 2019
# 16:45

"Nobel Türkiyədə də bir terroristə mükafat verib"

Kulis.az xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Hər insan bir dünyadır" mövzusunda "Dünya insan hüquqları" gününə həsr olunmuş çıxışında bildirib. Tələbələr qarşısında onların suallarını cavablandıran Türkiyə prezidenti 2019-cu ildə ədəbiyat üzrə Nobel mükafatına layiq görülən Peter Handke ilə bağlı da fikirlərini bölüşüb. Ərdoğan bildirib ki, son illər Nobel artıq siyasi, ideoloji bir mükafata çevrilib:

"Mənim üçün Nobelin heç bir qiyməti yoxdur. Nobel son seçimi ilə də bir daha etiraf etdi ki, artıq o bir siyasi, ideoloji təsisatdır. Nobel məhkum olmuş şəxsləri mədh edən birinə mükafat verdi. Miloşeviçi və digərlərini... Bu gün Nobelin siyasi və ideoloji mahiyyətindən başqa özəlliyi qalmayıb. Belə bir qatili mükafatlandırmaq, zülmə ortaq olmaqdır. Təəssüf ki, Nobel bu işi ilk dəfə etmir. Bir neçə il öncə də daha bir zalımı mükafatlandırmaqla belə bir əmələ imza atmışdı.

R.T. Ərdoğan daha sonra Nobel mükafatına layiq görülmüş türklərdən söz açaraq kəskin açıqlamalar verib:

"Nobel Türkiyədən də bir terroristə mükafat verib. Düzdür, Əziz Sancar kimi alimlərlə işimiz yoxdur. Amma terrorizmi romanlarına yansıdan birinə də Nobel veririlib".

Rəcəb Tayyib Ərdoğan “Sizə Nobel sülh mükafatı verilsə, nə edərsiniz?” sualına isə “Mənə Nobel sülh mükafatı verilsə, almaram”, cavabını verib.

# 3032 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Mirişliyə həsr olunan sərgi hazırlandı

Ramiz Mirişliyə həsr olunan sərgi hazırlandı

14:30 16 aprel 2024
Colinin yeni döyməsinin mənası - Foto

Colinin yeni döyməsinin mənası - Foto

14:00 16 aprel 2024
"Coker"  filminin treyleri izlənmə rekordu qırdı - Video

"Coker" filminin treyleri izlənmə rekordu qırdı - Video

13:30 16 aprel 2024
Salam Sarvan yenidən əməliyyat olunacaq

Salam Sarvan yenidən əməliyyat olunacaq

13:26 16 aprel 2024
"Kaş o, heç doğulmayaydı" - Vatikanın qadağan etdiyi yazıçı

"Kaş o, heç doğulmayaydı" - Vatikanın qadağan etdiyi yazıçı

13:03 16 aprel 2024
Kinau Rivzin yeni layihəsi: "Sonik 3"

Kinau Rivzin yeni layihəsi: "Sonik 3"

13:00 16 aprel 2024
#
#
# # #