Məşhur musiqiçi Nəsimiyə kompozisiya həsr edib

Məşhur musiqiçi Nəsimiyə kompozisiya həsr edib
9 dekabr 2019
# 18:51

Tanınmış ukraynalı bəstəkar, Ukraynanın Xalq artisti, A.Dovjenko adına Ukrayna Dövlət Mükafatının laureatı, Ukrayna Kinematoqrafçılar İttifaqının və Ukrayna Milli Bəstəkarlar İttifaqının üzvü Vladimir Quba “Nəsiminin əsərlərinin motivləri əsasında” adlı müəllif kompozisiyası yaradıb.

Müəllif öz əsərini ilk dəfə Nəsiminin “I şlyaxom Istını postav ya sam...” əsərlər məcmuəsinin Kiyevdə keçirilən təqdimatında səsləndirib. Həmin vaxt Vladimir Petroviç Quba “Nəsiminin əsərlərinin motivləri əsasında” müəllif kompozisiyasını fortepianoda ifa edib və dahi Azərbaycan şairinin şeirlərinə vokal əsərlər silsiləsi yaratmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, bəstəkar 150-dən çox ekran əsərinə musiqi bəstələyib. Onların arasında “Olesya”, “Hər yerdə səma var”, “Qayıdan təkrar sevəcək”, “Uşaqlıq illərimin çörəyi”, “Sabah dünəndən başlayır”, “Qalitski knyazı Daniil” və s. kimi bədii filmlər var.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Qonçaruk deyib: “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin yaradıcılığının Ukraynada təbliği ilə yanaşı, onun ölkəmizdə müxtəlif incəsənət növlərinə təsiri də çox mühümdür. Məsələn, Nəsimi poeziyasından ilham alan ukraynalı rəssamlar Boqdan Rodyuk-Çekan və İnna Sautina dahi şairin əsərlərinin motivləri əsasında illüstrasiyalar silsiləsi yaradıblar. İndi isə görkəmli Ukrayna bəstəkarı Vladimir Quba Nəsiminin yaradıcılığına həsr etdiyi musiqi kompozisiyası ərsəyə gətirib. Düşünürəm ki, bu, Azərbaycan mədəniyyətinin Ukraynada tanıdılmasının əhəmiyyətini bir daha göstərir. İstər sadə ukraynalı oxucular, istərsə də görkəmli mədəniyyət xadimləri Azərbaycan mədəniyyəti haqqında yeni informasiyanı böyük maraqla qarşılayır və onu Ukrayna müstəvisində qiymətləndirirlər. Ölkələrimiz arasında mədəniyyət, ədəbiyyat prosesini gələcəkdə də davam etdirmək çox mühümdür. Bu, indi həmişəkindən daha aktualdır”. /azertag.az/

# 1399 dəfə oxunub

Oxşar xəbərlər

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
Con Lennonun itmiş gitarası tapıldı

Con Lennonun itmiş gitarası tapıldı

15:00 25 aprel 2024
# # #