Filmimiz beynəlxalq kinofestivalda

Filmimiz beynəlxalq kinofestivalda
9 dekabr 2019
# 09:44

Dekabrın 12-dən 15-dək Bişkekdə “Qırğızıstan-qısametrajlı filmlər ölkəsi” adlı ənənəvi beynəlxalq film festivalı keçiriləcək.

Paytaxtın “Manas” kinoteatrında baş tutacaq festivalda Müstəqil Dövlətlər Birliyinin (MDB), Baltikyanı ölkələrin və Gürcüstanın kinematoqrafçıları iştirak edəcək.

Bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, builki festivalda iştirakla bağlı uzaq xarici dövlətlər və MDB ölkələrindən çoxlu müraciət daxil olub. Nümayiş ücün 14 xarici, 17 milli film seçilib.

Seçilən filmlərin arasında Azərbaycan rejissoru Teymur Hacıyevin “Duz, istiot zövqə görə” filmi də var.

Dekabrın 15-də “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Münsiflər heyətinin xüsusi prizi” və “Tamaşaçı simpatiyası prizi” nominasiyalarında qaliblər elan olunacaq. /azertag.az/

# 1935 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #