“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar

“Sözlər və nəsnələr” kitabı təqdim edildi - Fotolar
6 dekabr 2019
# 16:51

Bu gün Azərbaycan Universitetində professor Qorxmaz Quliyevin orijinaldan tərcümə etdiyi Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova kitabın ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında məlumat verib və əməyi keçənlərə təşəkkür edib.

Professor Qorxmaz Quliyev çıxışında kitabın tərcümə olunmasının ideyası və tarixçəsi, o cümlədən Mişel Fukoya müraciət etməsinin səbəbləri haqqında danışıb. Q.Quliyev qeyd edib ki, XX-XXI əsrlərin humanitar fikir tarixində böyük yeri olan Mişel Fuko insanı düşünməyə vadar edən mütəfəkkirlərdəndir və yeni ideyaların mənbəyi kimi çıxış edir. Fransız filosof oxucunun intellektual və emosional təşəkkülünə virtual təsir göstərərək insanın mahiyyətini üzə çıxarmağa qabildir.

Tənqidçi Cavanşir Yusifli kitabın ədəbi-elmi ictimaiyyət üçün böyük dəyər olduğunu bildirib və filoloji təfəkkürün formalaşmasında mühüm rol oynayan əsərlərin Azərbaycan dilində oxunmasının əhəmiyyətini vurğulayıb.

Tədbirin qonaqlarından professor Bədirxan Əhmədov tərcümə kitabın Azərbaycanın ədəbi və elmi ictimaiyyəti üçün böyük hadisə və yeni mərhələ olduğunu qeyd edib.

Kafedranın professoru Asif Hacıyev dünya fəlsəfi-filoloji fikrinin klassik əsərlərinin Azərbaycan dilinə tərcüməsində müşahidə olunan qüsurlar haqqında danışıb. Asif Hacıyev bu tipli əsərlərin orijinaldan tərcüməsinin olduqca vacib məsələ oldğunu vurğulayıb və böyük ədəbi hadisəyə imza atdığı üçün Qorxmaz Quliyevə təşəkkür edib.

Qeyd edək ki, təqdimatı keçirilən kitab fransız filosofun Azərbaycan oxucusu ilə ilk görüşüdür. Ərsəyə gəldiyi gündən etibarən ətrafında indinin özündə də qızğın mübahisələrin səngimək bilmədiyi “Sözlər və nəsnələr” əsəri XX əsr ictimai-humanitar fikrinin inkişafında mühüm rol oynayıb

Sonda qonaqlarla xatirə şəkli çəkilib.

# 2480 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
# # #