“Nəsimi” kompozisiyası təqdim olunub

“Nəsimi” kompozisiyası təqdim olunub
6 dekabr 2019
# 11:34

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” promo-rolikinin təqdimat mərasimi keçirilib.

Ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin, media nümayəndələrinin qatıldığı təqdimat mərasimində layihənin bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev çıxış edərək bu maraqlı işin ərsəyə gəlməsində iştirak edən yaradıcı heyətlə təşəkkür edib. Sonra kompozisiya nümayiş olunub və dəvət olunmuş qonaqların müzakirəsinə verilib.

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, “Dəcəl qızlar” ansamblının bədii rəhbəri Cəmilə Bayramova, Əməkdar artist, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov və digər sənət adamları çıxış edərək yüksək peşəkarlıqla hazırlanmış “Nəsimi” layihəsinə görə yaradıcı heyəti təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Layihənin bunun “Nəsimi ili”nə teatrın böyük hədiyyəsi olduğunu vurğulayıblar.

Sonda baletin quruluşçusu və Nəsimi obrazının ifaçısı, teatrın solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadə onların yaradıcılığına göstərilən diqqət üçün minnətdarlıq edib, yeni planları barədə də toplaşanlara geniş məlumat veriblər. /azertag.az/

# 1672 dəfə oxunub

Oxşar xəbərlər

Muğam Mərkəzində “Sərhədsiz Puşkin”  adlı konsert keçiriləcək

Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

13:30 19 aprel 2024
“Fotolarda canlanan tarix”  sərgisi başa çatdı

“Fotolarda canlanan tarix” sərgisi başa çatdı

13:00 19 aprel 2024
Kağıza çəkilmiş kvadrat  201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat 201 min dollara satıldı

12:30 19 aprel 2024
İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

12:00 19 aprel 2024
Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

11:27 19 aprel 2024
Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu

11:00 19 aprel 2024
# # #