Evləndiyi qadını sənətdən uzaqlaşdıran, ölüm ayağında siqaret istəyən Xalq artisti – Maraqlı faktlar

Evləndiyi qadını sənətdən uzaqlaşdıran, ölüm ayağında siqaret istəyən Xalq artisti – Maraqlı faktlar
22 noyabr 2022
# 21:00

Bu gün Xalq artisti, kinorejissor Rasim Ocaqovun doğum günüdür. Kulis.az bu münasibətlə Rasim Ocaqovla bağlı maraqlı faktları təqdim edir.

1933-cü il 22 noyabrda Şəkidə dünyaya gələn Rasim Ocaqovun uşaqlıq arzusu geoloq olub.

***

İncəsənət Universitetinin kinorejissorluq fakültəsini bitirsə də 2 il kino çəkmək arzusunu həyata keçirə bilməyib.

Gallery

Hüseyn Seyidzadə filmlərində Sovet ideologiyasına zidd səhnələr çəkdiyinə görə onun “Gəncəbasarlı qisasçı” filmi yarımçıq saxlanılır. Filmin büdcəsi xərcləndiyindən digər rejissorlar yarımçıq qalan kinoya yaxınlaşmır. Operator kimi məşhurluq qazansa da, rejissor kimi sözünü deməyə fürsət güdən Rasim Ocaqov bu an sinəsini qabağa verir. Nəticədə "Qatır Məmməd" filmi ərsəyə gəlir. Ocaqov bu işi demək olar ki, büdcəsiz həll edir. Bu fədakarlığına və bacarığına görə Moskva kinematoqrafçıları Rasim Ocaqovu “Gəncəbasarlı xilaskar” adlandırır.

Gallery

Rasim Ocaqov “Onun böyük ürəyi” filmində Rəna obrazını canlandıran Sveta Cavadovaya aşiq olur. Bu film aktrisanın çəkildiyi ilk və sonuncu film olur. Sveta Cavadova ilə ailə həyatı quran rejissor onu sənətdən ömürlük uzaqlaşdırır.

***

“İstintaq” filmində müstəntiq roluna Həsən Məmmədovu, təqsirləndirilən şəxs obrazına isə Hamlet Xanızadənin təsdiq etsə də qəfil fikrini dəyişir. Hər şeyin hazır olduğu məqamda Rasim Ocaqov çəkiliş günü kinostudiyaya gəlmir. Ani bir qərarla Moskvaya gedən rejissor bu gözlənilməz səfərinin məqsədi filmdə müstəntiq roluna çəkilməsi üçün Aleksandr Kalyaqinin dalınca getməsi olub. Beləliklə Rasim Ocaqov elan edir ki, müstəntiq roluna Kalyaqini, təqsirləndirilən şəxs rolunda isə Həsən Məmmədovu görür.

Gallery

Bir çox filmlərdə operator kimi çalışıb. “Bir cənub şəhərində”, “Bizim küçə” filmləri onun kamerası ilə çəkilib. “Bir cənub şəhərində” filmini kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Ocaqovun filmi hesab edirlər.

***

Çəkiliş meydançasında çox sərt olub, heç vaxt heç kimə güzəştə getməyib.

Gallery

Futbolu çox sevib, hətta kinostudiyanın futbol komandasında oynayıb.

***

Siqaretlə yatıb, siqaretlə dururdu. Gündüzlər yemək yemir, yalnız siqaret çəkərdi. Yeməyi gecələr yeyərdi. “Təhminə” filminin çəkilişləri zamanı infarkt keçirib. Gözünü açanda həkim ondan nə istədiyini soruşub. Həkimdən xahiş edib ki, kürəkəninə desin, ona bir siqaret gətirsin. Həkim ona reanimasiyada olduğunu xatırladıb və siqaretin onu öldürəcəyini bildirib. Rasim deyib ki, əksinə, siqaret çəkməsəm, öləcəyəm, ölümümə bais olmayın. Ocaqov ömrünün sonuna qədər siqareti atmayıb.

# 19503 dəfə oxunub

Oxşar xəbərlər

Gənc Tamaşaçılar Teatrının may repertuarı

Gənc Tamaşaçılar Teatrının may repertuarı

12:30 18 aprel 2024
"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

12:00 18 aprel 2024
Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

12:00 18 aprel 2024
"Sağ əlimiz Ukraynanın başına!" - Həmid Herisçi

"Sağ əlimiz Ukraynanın başına!" - Həmid Herisçi

11:52 18 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:40 18 aprel 2024
Gəlin, fəlsəfələyək: Şər ölməzdirmi? – Video

Gəlin, fəlsəfələyək: Şər ölməzdirmi? – Video

11:32 18 aprel 2024
#
#
# # #