Fərqanə Qasımovadan Şəhriyara cavab: "Bu, şəxsi tənqidə bənzəyir"

Fərqanə Qasımovadan Şəhriyara cavab: "Bu, şəxsi tənqidə bənzəyir"
21 noyabr 2019
# 12:39

Əməkdar artist Fərqanə Qasımova şair Şəhriyar Del Geraninin tənqidinə cavab verib.

Kulis.az-a danışan xanəndə bildirib ki, Şəhriyar Del Geraninin fikirləri ədəbi tənqiddən daha çox şəxsi tənqiddir:

“Hər şey gözəlliklə ölçülməlidir və yanaşma tərzi də gözəl olmalıdır. Əgər bu həqiqətən də ədəbiyyatımız və gələcəyimiz üçün narahatlıq doğurursa, bunu aqressiv şəkildə deyil, pıçıldamaqla da izah etmək olar. Gənc şairimizin fikirləri isə ədəbi tənqiddən daha çox şəxsi tənqidə bənzəyir. Ona görə də, özüm haqqında qısa bir xatırlatma etməyə gərək duydum. Uşaqlar həyətdə oynayanda mənim əlimdə oyuncaq əvəzinə dahi şairlərin qəzəl kitabları və balaca bir qaval olub. 15 yaşımda bütün muğamlarımızı əzbər bilirdim artıq. Onu da qeyd edim ki, orta məktəbi Azərbaycan dili və Ədəbiyyat fənnləri üzrə 5-lə bitirmişəm. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının həm bakalavr, həm də magistraturasını qırmızı diplomla qurtarmışam. Hazırda Milli Konservatoriyada disertantam. 17 ildir müəllim işləyirəm. 25 ildir dünyanı qarış-qarış gəzib Azərbaycanın milli sərvəti olan muğamı təbliğ edirəm. Yəni şairin söylədiyi qədər naşı və mütaliəsiz sənətçi deyiləm”.

Mübahisə doğuran kəlmənin ifadə formasına isə Əməkdar artist belə aydınlıq gətirib:

“İndi isə gələk şairin irad tutduğu “əbkəm ol” ifadəsinə. Kitablarda bəli, bu ifadə “əbsəm ol” kimi verilib. Ancaq mən qəzələ müraciət edəndə xeyli araşdırma aparmışam. Həmin ifadə əslində kitabda yazıldığı kimi “əbsəm ol” deyil, məhz “əbkəm ol”dur. Mən sözün orijinal variantını ifadə etmişəm. Bir də, biz bilirik ki, Nəsiminin qəzəllərində işlətdiyi bir çox kəlmələrin bizə qədər şəkili dəyişsə də, mənası dəyişməyib. Məsələn “Sığmazam” qəzəlindəki “Məndə sığar ikən cahan” misarsını uzun illər kitablardan “Məndə sığar iki cahan” formasında oxumuşuq. Bu məsələ hələ də müzakirə mövzusudur. Ona görə də belə mexaniki səhvlərə görə bu qədər aqressiv çıxış etmək doğru deyil”.

Qeyd edək ki, ötən gün Əməkdar artistlər Fərqanə Qasımova və Sevda Ələkbərzadə haqqında sərt tənqidi fikirlər səsləndirən tanınmış şair Şəhriyar Del Gerani Fərqanə Qasımovanın Nəsiminin “Sığmazam” qəzəlinə oxuduğu mahnı haqqında bu fikirləri ifadə edib. O, Əməkdar artisti naşılıqda, qəzəli səhv oxumaqda ittiham edib.

# 4254 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
#
#
# # #