Nazir direktoru təltif etdi

Nazir direktoru təltif etdi
19 noyabr 2019
# 17:10

"Qalereya-1969” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Aydın oğlu Orucov təsviri sənət sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə, habelə 50 yaşının tamam olması münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Elçin Orucov 25 noyabr 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini, 2004-cü ildə Mingəçevir Politexnik İnstitutunun Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir.

E.Orucov 1988-1990-cı illərdə Azərbaycan Rəssamlar İttifaqında Sərgilər şöbəsinin əməkdaşı, 1997-2000-ci illərdə S.Bəhlulzadə adına Sərgi Salonunun sərgilər şöbəsinin müdiri vəzifələrində çalışmış, 2000-ci ildə isə S.Bəhlulzadə adına Sərgi Salonunun direktoru vəzifəsinə təyin edilmişdir.

O, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Elçin Aydın oğlu Orucov Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 9 may 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Hazırda Elçin Orucov “Qalereya-1969” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi milli təsviri sənətimizin təbliğinə yönəlik fəaliyyətlə məşğul olur.

# 1834 dəfə oxunub

Oxşar xəbərlər

“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

16:30 23 aprel 2024
Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

16:00 23 aprel 2024
Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

15:35 23 aprel 2024
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

15:00 23 aprel 2024
# # #