Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 noyabr 2019
# 16:10

UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində təşkilatın 2020-2021-ci illər üzrə Yubileylər siyahısı təsdiq edilib.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, təşkilatın dəyərlərini, mədəni müxtəlifliyini və universallığını əks etdirməsi, ölkəsinin hüdudlarından kənarda tanınması və regional əhəmiyyət kəsb etməsi kimi meyarlarına cavab verdiyi üçün Azərbaycanın tanınmış dramaturqu, rejissoru və ictimai xadimi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi də UNESKO-nun Yubileylər siyahısına daxil edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESKO üzrə Azərbaycan Milli Komissiyası və Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin birgə hazırladığı sənəd təşkilatın katibliyi tərəfindən müsbət qiymətləndirilərək təsdiq olunub.

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə bağlı tədbirlər UNESKO səviyyəsində 2020-ci ildə keçiriləcəkdir.

Həmçinin, Azərbaycan, Türkiyə və İranın birgə təqdim etdiyi “Filosof və yazıçı - Ahi Evranın 850 illik yubileyi” də Yubileylər siyahısına salınıb.

# 1535 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #