Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib

Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
18 noyabr 2019
# 14:40

Noyabrın 16-da Heydər Əliyev Sarayında görkəmli sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, gecədə Şövkət Ələkbərovanın repertuarında yer alan muğamlar, xalq və bəstəkar mahnıları Xalq və Əməkdar artistlərinin, tanınmış müğənnilərin ifasında səsləndirilib.

Konsertdən əvvəl təqdim olunan videoçarxda Şövkət Ələkbərovanın ifasında “Qaragilə” mahnısı səsləndirilib.

Əməkdar artist Gülüstan Əliyeva çıxışından öncə Şövkət Ələkbərovanı xatırlayaraq deyib: “Biz o xoşbəxt insanlardanıq ki, onun sinfində dərs almışıq. Görkəmli sənətkarımız bizə bu sənətin sirrini öyrətməklə yanaşı, həm də analıq nəvazişi göstərib”.

Sonra müğənni “Qəlbimdə qaldın” mahnısını səsləndirib.

Konsert zamanı Vəfa Vəzirova, Aytən Məhərrəmova, Xalq artistləri Bəyimxanım Vəliyeva və Gülyanaq Məmmədova, “Məhəbbət”, “Bakının işıqları”, “Arzuya bax sevgilim”, “Sevgilim tut əlimdən” və digər mahnıları ifa ediblər.

İfaçıları Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri və Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edib.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

# 1121 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
Al Paçinonun tərəf müqabili açıqlandı

Al Paçinonun tərəf müqabili açıqlandı

16:30 24 aprel 2024
Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

14:30 24 aprel 2024
Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

14:00 24 aprel 2024
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

13:30 24 aprel 2024
# # #