Jerar Depardye Özbəkistanın səfiri təyin edilib

Jerar Depardye Özbəkistanın səfiri təyin edilib
12 noyabr 2019
# 19:21

Görkəmli fransız aktyoru və rejissoru Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri təyin edilib.

Bu barədə Özbəkistanın baş nazirinin müavini Əziz Abduxakimov mətbuat konfransında məlumat verib.

O deyib ki, hazırda Özbəkistanın xarici ölkələrdə 14 turizm səfiri fəaliyyət göstərir və onların hamısı tanınmış adamlardır. Turizm səfirlərinin altısı hazırda Özbəkistandadır və onlar Daşkənddə keçiriləcək “İpək Yolu ilə Turizm” beynəlxalq turizm yarmarkasında iştirak edəcəklər.

Tanınmış fransız aktyoru və rejissoru Jerar Depardye isə deyib ki, o, Özbəkistanın turizm potensialıni təkcə Fransada yox, bütün Avropa ölkələrində təbliğ edəcək.

Aktyor bildirib ki, noyabrın 26-dək Özbəkistanda “İpək Yolu” adlı film çəkir, baş rolun ifaçısı da özüdür. O vurğulayıb ki, İslam irsi Özbəkistanda çəkdiyi filmin əsas mövzularından biridir. Bu sənədli film Daşkənd, Səmərqənd, Buxara, Xivə, Termez və Nukus şəhərlərində lentə alınır. /azertag.az/

# 2815 dəfə oxunub

Oxşar xəbərlər

Həmid Herisçinin yeni kitabı çap olundu

Həmid Herisçinin yeni kitabı çap olundu

12:30 24 aprel 2024
"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

12:00 24 aprel 2024
Tramp məşhur qrupun ilham mənbəyi oldu

Tramp məşhur qrupun ilham mənbəyi oldu

11:30 24 aprel 2024
“Yadplanetli” filminin premyerası keçiriləcək

“Yadplanetli” filminin premyerası keçiriləcək

11:00 24 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:40 24 aprel 2024
Bakıda Qırğız kino günlərinin açılışı oldu

Bakıda Qırğız kino günlərinin açılışı oldu

10:09 24 aprel 2024
#
#
# # #