Ankarada azərbaycanlı yazarın kitabı təqdim edildi

Ankarada azərbaycanlı yazarın kitabı təqdim edildi
12 noyabr 2019
# 16:15

Noyabrın 11-də Ankarada azərbaycanlı yazar Şəmil Sadiqinin “Odərlər” romanının imza mərasimi keçirilib.

Dədə Qorqud və Əhməd Yasəvi vəqfinin təşkilatçılığı ilə keçirilən tədbiri Dədə Qorqud vəqfinin rəhbəri, şair Servet Gurcan açaraq, “Odərlər” romanı barəsində iştirakçılara ətraflı məlumat verib. Romanın türk dünyası üçün önəmindən danışan Servet Gurcan, çıxışında əsərin hər bir nöqtəsində belə türk ruhu olduğunu xüsusi olaraq vurğulayıb.

Türkiyənin keçmiş mədəniyyət naziri, Türk Dünyası ziyalılarından Namiq Kamal Zeybəkə verilib. O, çıxışında türklərin tarixi, türkçülük ideologiyası barəsində nitq söyləyib. Bununla yanaşı “Odərlər” romanının ideya baxımından türk dünyasını birləşdirici bir mövqe tutduğunu bildirib.
Tədbir roman ətrafında müzakirələrlə davam edib. Müzakirələr vaxtı tədbir iştirakçıları parallel olaraq türk mifologiyası, inanc sistemi haqqında da fikirlərini bölüşüblər.

“Odərlər” romanının təqdimat mərasiminə bir sıra yerli KİV nümayəndələri, həmçinin araşdırmaçı-yazar Müjdat Kayayerli, Dədə Qorqud vəqfinin sədr müavini, arxeoloq Metehan Gürcan, yazıçı Miraç Demirbaş, Vedat Çağlar, yazıçı Alper Aksoy, professor Mustafa Karakaya, Beyazid Karacan, yazıçı Fahrettin Alay, Erdoğan Pamuk, rəssam Mustafa Kaya Akozan, Bilal Şahbaz, rəssam Aydın Demirkaya, TRT əməkdaşı Nebi Tamyüksel, rəssam Nezih Demirtepe, Ural Yılmaz kimi türkiyəli ziyalılar da qatılıb.


Sonda Şəmil Sadiq türkiyəli oxucuları üçün “Odərlər” romanını imzalayıb.

# 1753 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
# # #