Xalq Mahnıları Festivalı başa çatıb

Xalq Mahnıları Festivalı başa çatıb
15 oktyabr 2019
# 16:39

Beynəlxalq Muğam Mərkəzində ikinci Azərbaycan Xalq Mahnıları Festivalına yekun vurulub.

Festivalın son günü gənc xanəndələrin ifasında xalq mahnıları təqdim olunub. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının (bədii rəhbər Xalq artisti Adil Bağırov) müşayiəti ilə muğam televiziya müsabiqəsinin laureatları, Beynəlxalq Muğam Mərkəzinin solistləri - Abgül Mirzəliyev, Elgiz Əliyev, Almaxanım Əhmədli, Günay İmamverdiyeva, Rəvanə Qurbanova, Sərxan Bünyadzadə, Elnur Zeynalov və digər gənc xanəndələrin ifasında “Qaragilə”, “Sarı gəlin”, “Süsən sünbül”, “Bəri bax” kimi dillər əzbəri olan mahnılar səsləndirilib.

“Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilən layihənin iştirakçıları Beynəlxalq Muğam Mərkəzi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA-nın Folklor İnstitutu, Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universitetidir.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd “Qızıl fond”da qorunan, eyni zamanda regionlarda illərlə nəsildən-nəslə ötürülən xalq mahnılarının tamaşaçılara təqdim edilməsidir. /azertag.az/

# 2348 dəfə oxunub

Oxşar xəbərlər

“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Yoxsa belə olmazdı! - Oxucusuz kitab sərgisindən reportaj

Yoxsa belə olmazdı! - Oxucusuz kitab sərgisindən reportaj

16:30 23 aprel 2024
# # #