Ülviyyə Heydərovanın pyesi beynəlxalq müsabiqədə

Ülviyyə Heydərovanın pyesi beynəlxalq müsabiqədə
19 sentyabr 2019
# 13:21

Gənc yazıçı Ülviyyə Heydərovanın "Uşaqlıq" adlı monopyesi Moskvada keçirilən Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin "Odinokiy artist" monopyeslər nominasıyasında uzun siyahıya düşüb.

Kulis.az-ın verdiyi xəbərə görə, Heydərovanın pyesi siyahıdakı 20 əsərdən biridir. Uzun siyahı bu nominasiyaya təqdim olunan 51 pyesin içindən seçilərək tərtib olunub.

Beynəlxalq müasir dramaturgiya müsabiqəsi üçüncü dəfədir ki keçirilir. Müsabiqə 4 nominasiyada aparılır: "XXI əsr" adlanan nominasiyada çağdaş zaman haqda orijinal pyeslər yarışır. "Görkəmli adamların həyatı" nominasiyası məşhurlar haqda bioqrafik pyeslər üçündür. "Tənha sənətkar" bölməsində həcmi 20 səhifədən çox olmayan monopyeslər yarışır. "Balaca şahzadə" adlanan nominasiya isə yeniyetmələrə həsr olunmuş pyeslər üçün nəzərdə tutulub.

Xatırladaq ki, müəllif məhz bu pyeslə 2018-ci ildə Almanıyanın Postdam şəhərində Höte İnstitutu tərəfindən keçirilən Next Stage Europe -2018 gənc dramaturqların festivalında Azərbaycanı təmsil edib. Əsər bu yaxınlarda festivalın yekunlarına dair dərc olunan almandilli topluda yer alıb.

# 1715 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #