Filmimiz festivalda Kim Ki Dukun filmi ilə yarışacaq

Filmimiz festivalda Kim Ki Dukun filmi ilə yarışacaq
18 sentyabr 2019
# 10:52

Azərbaycanlı rejissor Elmar İmanovun “Mövsümün sonu” tammetrajlı filmi Qazaxıstanın Almata şəhərində keçirilən film festivalında iştirak edir.

Kulis.az-ın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə, film festivalın “Mədəniyyətlərin qovuşması” adlandırılan əsas müsabiqə proqramında 12 filmlə yarışır.

Bu proqramda Fransa, Belçika, Almaniya, Mərakeş, Livan, Çexiya kimi müxtəlif ölkələrin müştərək istehsal etdiyi filmlər iştirak edir. Müsabiqədə yarışan filmlər arasında məşhur Koreya rejissoru Kim Ki Dukun yeni filmi də var.

Filmləri İngiltərə, Rusiya, Qazaxıstan və Yaponiyadan olan kino mütəxcəssislərindən ibarət jüri heyəti qiymətləndirir. Sentyabrın 14-dən 20-dək davam edən festivalın Qran Prisini qazanan film təxminən 8 min dollar civarında pulla mükafatlandırılacaq.

Xatırladaq ki, Elmar İmanovun “Mövsümün sonu” filmi Bundan əvvəl Rotterdam Film Festivalında qalib olub. Dram janrında çəkilən “Mövsümün sonu” ailə münasibətlərindən bəhs edir və filmdə aktyorlar Rasim Cəfər, Zülfiyyə Qurbanova, Qurban İsmayılov Mövsüm Mirzəzadə, İlqarə Tosova çəkiliblər.

# 1691 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
#
#
# # #