Soltan Hacıbəyovun 100 illiyi qeyd olunub

Soltan Hacıbəyovun 100 illiyi qeyd olunub
24 may 2019
# 13:30

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, SSRİ Xalq artisti Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, muzeyin əməkdaşları bəstəkarın həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşada anadan olub. 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirib, 1936-cı ildə Bakıya köçüb və əmisi Ü.Hacıbəylinin ailəsində yaşamağa başlayıb. Orta məktəbi bitirəndən sonra Bakı Musiqi Məktəbində A.Kolpinskinin truba sinfinə daxil olub. 1939-cu ildə məktəbi bitirən S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasına, B.Zeydmanın sinfində bəstəkarlıq fakültəsinə daxil olub. 1946-cı ildə Konservatoriyanı bitirib.

Tədbirdə Musiqi Mədəniyyəti Muzeyinin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonra gənc musiqiçilərin Soltan Hacıbəyovun 100 illiyinə və İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş Respublika festivalının diplomantlarının konserti olub.

# 1124 dəfə oxunub

Oxşar xəbərlər

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

16:30 23 aprel 2024
Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

16:00 23 aprel 2024
# # #