Bakıdakı bu evdə kirayə qalanlar ölür

Bakıdakı bu evdə kirayə qalanlar ölür
30 noyabr 2019
# 15:17

Hadisələrin üzərindən xeyli vaxt keçsə belə detallar yaddaşımı təpikləyir, mənə olmazın əzablar yaşadır. İnsan həyatında baş vermiş travmalar, ağrılar, acılar onun şüuraltında qalır və bəzən qoxular, xırda əşyalar, həyat fraqmentləri ona yaşadıqlarını xatırladır.

Ailəmiz uzun illər bir otaqlı mənzildə yaşayıb. Yeniyetməlik vaxtımız çatanda atamız beşotaqlı kirayə evə çıxmalı oldu. Genişlikdə daha yaxşı və rahat yaşamaq istədik.

Geniş otaqlar isə bizə faciə gətirdi. Burasını da çoxlarınız bilirsiniz. Detallara varmayaq.

Mənim sizlərə demək istədiyim odur ki, köçdüyümüz kirayə ev sirliydi. Səbəbini deyəcəm indi.

Bu evdə heç vaxt müsbət enerjiyə köklənə bilmirdim, daim yatmaq, kədərli musiqilər dinləmək, içimə qapanmaq istəyirdim.

Atamla, anamın itkisindən sonra inanılmaz bir gərçəyi öyrəndim. Sən demə, bu evdə qalan kirayəçilərin yaxınları ölürmüş. Bu həqiqəti bizdən əvvəlki kirayəçidən eşitdim. Tüklərim biz-biz oldu. Çox qəribə idi ki, həmin kirayəçilərin əşyaları bir otaqda yığılıb qalmışdı. Yəni onlara aid nələrsə evdə qalmaqdaydı. Əşyalar çıxan ərəfədə Moskvada işləyən oğullarının faciəli ölüm xəbərlərini eşitdilər. Anası özündən getmişdi. İlk dəfə bu mənzərə məni sarsıtmışdı. Hələ onda nə yaşım vardı ki...

İndi bu hadisələrin üstündən çox vaxt keçib. Ancaq bu lənətli ev hələ də içimdə yaşayır. Elə bil bu evin içində anam, atam da yaşayır. Amma susurlar, gözləri boşluqda qalır. Bu taleyin işidir, yoxsa şeytanın?

Həyatda şeytana, lənətə inanmıram. Amma ötən olaylar beynimdə vurnuxur. Xırda detallar o lənətli evi yadıma salır.

Həmin evdə bir gecə dəhşətli yuxu görmüşdüm. Qəribəsi onda indi ki, gördüyüm kabusu bacım, qardaşım da yuxusunda görmüşdü. Deməli, yuxuda görürük ki, atamla, anamız yeni evimizdə divarları qırmızıya boyanan divarlardan asılıblar. Ağızlarından qan gəlir. Kimsə otaqların qapılarını açır və qan sel kimi qonaq otağına dolur. Atamla anam o qan gölündə boğulurlar. Çox qorxunc və sarsıdıcı yuxu idi. Yuxu da demək olmaz buna: elə bil hər şey həqiqətən də baş vermişdi.

İndi sizə bu evi təsvir edim. Beş mərtəbəli binanın dördüncü mərtəbəsi. 13 rəqəmli köhnə bir qapı. Uzun zalın sağında iki otaq, solunda bir otaq. Qarşıda isə zal və arxasında bir otaq. Döşəmələrdə qara ləkələr, izlər gözə çarpır. Ancaq nə olduğunu anşıra bilmirəm. Ağ divarlarda da çapıq izləri, bəzi hərflər nəzərə çarpır. Üç eyvan var, üçündə də kimlərinsə toz basmış xırda əşyaları gözə dəyir.

Mən sizə qorxulu, yaxud sənədli film danışmıram. Bu, bizim həyatımızın real mənzərələri idi...

# 4216 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #