Şairlərimiz Qırğızıstanda poeziya gecəsində

Şairlərimiz Qırğızıstanda poeziya gecəsində
22 may 2019
# 16:20

Bu il türk dünyasının mədəniyyət paytaxtı olan Qırğızıstanın Oş şəhərindəki Qırğız-Qazax Universitetində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı türk dövlətləri şairlərinin poeziya gecəsi keçirilib.

Poeziya gecəsində Qırğızıstanla bərabər Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Makedoniya, Saxa-Yakutiya, Başqırdıstandan gələn şairlər, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Poeziya gecəsində ölkəmizi Akif Əhmədgil və Elçin İskəndərzadə təmsil edib.

Tədbiri TÜRKSOY-un Baş direktoru Düsen Kaseinov açaraq İmadəddin Nəsiminin həyatı və yaradıcılığından danışıb, böyük şairin həyatı haqqında film göstərilib.

Poeziya gecəsində iştirak edən şairlər İmadəddin Nəsiminin poeziyası, türk dünyası ədəbiyyatının inkişafındakı yeri və mövqeyi haqqında söhbət açıb, böyük şairin ölməz əsərlərini və öz şerlərini oxuyublar.

Poeziya gecəsində türk dünyasının 20-yə yaxın şairi iştirak edib.

Tədbir böyük konsert proqramı ilə başa çatıb. /azertag.az/

# 1828 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
# # #