“Çölçü” filmi beynəlxalq festivalda

“Çölçü” filmi beynəlxalq festivalda
11 may 2019
# 17:12

2012-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Çölçü” filmi “Dumbo film” festivalının müsabiqə proqramına daxil edilib.

Filmin rejissoru Şamil Əliyevin verdiyi məlumata görə, bu festivala 36 ölkədən 354 sifariş daxil olub.

“Çölçü” filmində arxaik aləmdə yaşayan çölçü ilə müasir mədəniyyətin daşıyıcısı olan gənc qızın münasibətlərindən bəhs edilir. Atasının ölümündən sonra dərviş kimi yaşayan çölçü bu kəndli qızı ilə rastlaşandan sonra onun həyatı tamam dəyişir.

Son illərdə çoxsaylı titullara layiq görülmüş “Çölçü” filmi rejissor Şamil Əliyevi bütün dünyada məşhurlaşdırıb. 2014-cü ildə “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizədlərin ilkin siyahısına daxil edilmiş “Çölçü” filmi onlarca beynəlxalq festivalda iştirak edib və demək olar ki, bütün nominasiyalarda 20-dən çox mükafat alıb.

Qırxdan çox beynəlxalq festivalda təqdim olunmuş bu film müxtəlif nominasiyalarda ən yaxşı ekran əsəri hesab edilib, filmin yaradıcı kollektivi müvafiq mükafatlara və diplomlara layiq görülüb. /azertag.az/

# 1974 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan baleti İtaliya səhnəsində

Azərbaycan baleti İtaliya səhnəsində

14:20 18 aprel 2024
"Avroviziya" mahnımız yeni versiyada - Video

"Avroviziya" mahnımız yeni versiyada - Video

13:30 18 aprel 2024
Burak Özçivitin yeni filmi açıqlandı

Burak Özçivitin yeni filmi açıqlandı

13:00 18 aprel 2024
Gənc Tamaşaçılar Teatrının may repertuarı

Gənc Tamaşaçılar Teatrının may repertuarı

12:30 18 aprel 2024
"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

12:00 18 aprel 2024
Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

12:00 18 aprel 2024
# # #